Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda Diamond Center və Diamond Academy-nin Rəsmi Açılışı Baş Tutdu

Bakıda Diamond Center və Diamond Academy-nin Rəsmi Açılışı Baş Tutdu
2-03-2025, 18:34 327 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Fevralın 28-də Bakıda təhsil və psixoloji inkişaf sahəsində yeni bir mərhələ açan Diamond Center və Diamond Academy-nin rəsmi açılışı baş tutdu. Tədbirə tanınmış simalar, təhsil və psixologiya sahəsinin peşəkarları, millət vəkilləri, incəsənət xadimləri və media nümayəndələri qatıldılar.

Açılış mərasimi böyük maraqla qarşılandı. Tədbirdə çıxış edən Diamond Center və Diamond Academy-nin təsisçisi və rəhbəri Vüsalə Amirova qeyd etdi ki, bu iki qurum insanlara bilik və fərdi inkişaf baxımından kompleks dəstək göstərməyi hədəfləyir:

“Biz burada yalnız bir mərkəz deyil, bir icma formalaşdırmaq istəyirik. Diamond Center insanların ruhsal və psixoloji rifahına xidmət edəcək, Diamond Academy isə gənclərə və peşəkar şəxslərə təhsil imkanları yaradacaq. Məqsədimiz insanların həm akademik, həm də mənəvi inkişafını dəstəkləməkdir.”

Tədbir zamanı qonaqlar mərkəzin təqdim etdiyi xidmətlərlə tanış oldular. Diamond Center psixoloji dəstək, ruhsal qidalanma, meditasiya və fərdi inkişaf proqramları ilə seçiləcək. Diamond Academy isə xaricdə təhsil, dil kursları, IELTS, TOEFL, SAT hazırlıqları, yay məktəbləri və peşəkar təlimlər təqdim edəcək.

Açılış mərasimində Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova öz möhtəşəm çıxışları ilə tədbirə xüsusi rəng qatdılar.

Sonda qonaqlar Diamond Center və Diamond Academy-nin gələcək fəaliyyətinə uğurlar arzulayaraq, bu təşəbbüsün Azərbaycan təhsil və inkişaf sektoruna mühüm töhfə verəcəyini vurğuladılar.

Mərkəzə müraciət etmək və daha ətraflı məlumat almaq üçün rəsmi sayt və sosial media hesabları vasitəsilə əlaqə saxlamaq mümkündür.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI