VETENİM-AZERBAYCANDİR.AZ
Bakı, 24 fevral 2025-ci il tarixində – Bakı Gə nclər Mərkəzi, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi və “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə tanınmış türk jurnalist, müharibə müxbiri Fulya Öztürk ilə “Qəlbimiz də, haqq səsimiz də bir!” mövzusunda geniş auditoriyalı görüş keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra açılış nitqləri ilə Qonaqlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında medianın rolunu və Fulya Öztürkün bu sahədəki fədakar fəaliyyətini vurğulayıblar.
Məqsəd: Qarabağ Mövzusunun Təbliği və İctimai Maarifləndirmə
Fulya Öztürk'ün Qarabağ döyüşləri zamanı yaşadığı təcrübələri və təsuratlarını gənclərlə paylaşması, bu mövzunun daha geniş kütlələrə çatdırılması, Gənclərdə vətənpərvərlikruhunun yüksəldilməsi və s.
Tədbirdə Fulya Öztürk ün Qarabağ döyüşləri zamanı təsuratlarını gənclərlə bölüşərək suallarına cavab verəcək.
Tədbirdə gənclərlə yanaşı dövlət rəsmiləri mətbuat nümayəndələri iştirak edəcək.
Tədbirin ən təsirli məqamlarından biri Fulya Öztürk haqqında hazırlanmış xüsusi videoçarxın nümayişi olub. Daha sonra Fulya Öztürk ilə media və Qarabağ həqiqətləri mövzusunda geniş müzakirələr aparıb. Jurnalist müharibə dövründə yaşadığı təəssüratları bölüşərək, informasiya savaşında medianın gücünü və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Gəncə terroru ilə bağlı xüsusi video nümayiş olundu və bu mövzu ətrafında geniş müzakirələr aparılıb. Tədbir iṣtirakçılari və jurnalistlər Fulya Öztürkə suallar ünvanlayıb.
Qarabağ mövzusunun təbliği və ictimaiyyətin maarifləndirilməsi Fulya Öztürk'ün Qarabağ döyüşləri zamanı yaşadığı təcrübələri və təsuratlarını gənclərlə bölüşməsi, həmin dövrün emosional və tarixi əhəmiyyətini birbaşa təbliği Qarabağ mövzusunun aktuallığını vurğulaması bir d aha gənclərdəki vətənpərvərlik ruhunun aşılaması baxımından çox önəmlidi. Vətənpərvər media nümayəndələrindən olan, illərdir Ṣəhid və qazi ailələri ilẹ birgə çaliṣan, bir sira Sosial Dövlət layihələrinin rəhbəri jurnalist Lalə Qəzənfər Azərbaycanin ağrili-acili gûnlərinin CNN televiziyasi və həmkari Fulya xanimin haykirararak bütûn dûnyaya səs salaraq, õlkəmizdə baṣ verən terror hərəkətlərin yer ûzünə yayimlanmasina görə õz minnətdarliq hissini bildirdi.
Sonda iştirakçıla və rəsmilər xatirə fotosu çəkdirərək tədbiri yekunlaşdırıblar.












