Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub
28-02-2025, 00:54 159 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.
hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.
Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Qalereya






ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI