Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın və Gürcüstanın milli teatrları arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycanın və Gürcüstanın milli teatrları arasında əməkdaşlığa dair memorandum imzalanıb
23-02-2025, 01:42 137 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında beynəlxalq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş.Rustaveli adına Milli Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar. 
İmzalanma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, bu sənədin mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.
Çıxışlarda qeyd olunub ki, bu Memorandum təkcə iki ölkənin müvafiq teatrları arasında deyil, bütövlükdə ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafında mühüm rol oynayacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI