Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Bakının icra hakimiyyətlərinin maşın və xüsusi texnikaları gözlənilən qarlı havaya görə hazır vəziyyətdədir"

"Bakının icra hakimiyyətlərinin maşın və xüsusi texnikaları gözlənilən qarlı havaya görə hazır vəziyyətdədir"
19-02-2025, 01:30 135 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Gözlənilən qarlı hava şəraitilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.
Bu barədə sorğusuna cavab olaraq BŞHİ-dən məlumat verilib.
Bildirilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:
"Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq. Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcək", - məlumatda qeyd olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI