Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması

Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması
16-02-2025, 21:50 271 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

​​​​Şəlalə Həsənovanı bir savadlı jurnalist , alim tarixçi kimi tanıyırdım. Xüsusilə Moskvada ermənilərə təmiz rus dilində ,faktlarla cavab verdikdə , çox sevdim onu...

14.02.2025  tarixində professor  Şəlalə Həsənovanın dəvəti ilə Dilarə Ağamusa Nağıyeva ilə birgə Dalğa Plazada layihəsinin təqdimatında iştirak etdik. “The Caspian House:Xəzəranı ölkələrin ekoloji təşkilatlarının platforması” adlı layihə çərçivəsində Azərbaycan, Qazaxstan, Rusiya, Türkmənistan ekoloji QHT-lərinin XƏZƏR EVİ yaradılmış, COP29 tədbirləri zamanı Xəzəryanı ölkələrin nümayəndələrinin iştirakı ilə memorandum imzalanmış, Xəzər Evinin virtual platforması olan sayt hazırlanmış, YAŞIL İQTİSADİYYAT mövzusunda dünyada ilk ekoloji virtual muzey yaradılmış, VR360 başlıqla çəkilmiş Xəzərin problemli yerləri, kitab ərsəyə gətirilmişdir.
Yenidən kəşf etdim Şəlalə xanımı...
Millətin gələcəyi və xeyri üçün çalışan insanlar -əsl Ziyalılardır.
Bakıda keçirilən COP29 konfransında Ölkə Prezidenti cənab İlham Əliyev bir çağırış etdi : "Əl-Ələ verib , Dünyamızı Xilas Edək ! 
Bu çağırışa cavab olaraq , Şəlalə xanım layihə çərçivəsində Xəzəryanı ölkələrdə baş  verən ekoloji dəyişiklikləri, bunların qarşısının alınması, Xəzərin səviyyəsinin aşağı düşməsi, dayanıqlı inkişaf, ekoturizm və  digər məsələləri əks etdirən caspianhouse.org adlı platforma hazlrlamaqla Xəzəryanı ölkələrin QHT- lərini səfərbər edir.
Müəllifi olduğu "NOOSFERA" Nəzəriyyəsindən Dayanıqlı İnkişaf Prinsiplərinə "adlı kitabında  V.İ.Vernadskinin elmi konsepsiyasını açıqlayaraq, "ağılla " , elmi fikirlərlə, bəşəriyyətin resurslarından istifadə edərək, əhalinin sağlamlığının qorunması yollarını,  biosferi çirklənməkdən xilas etməyi açıqlayıb.
 Qısa ,lakin çox mənalı “Xəzəri birgə qoruyaq” adlısənədli videoçarxda təbiətin vurduğu ziyanların qarşısını almaq üçün öncədən tədbirlərin görülməsinə çağırış edir.
Tədbirdə iştirak edən alimlər, ziyalılar, ekoloqlar layihənin aktuallığı barədə danışdılar və Saytın, ekokoji muzeyin, kitabın, videoçarxın daha geniş auditoriyada yayımlanması tövsiyə edildi. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və QHT -lərə Dövlər Dəstəyi Agentliyinə belə aktual layihəni dəstəklədiklərinə görə Təşəkkür edirik.

"AQRC" İ.B.sədri
 Bahar Qasımova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI