Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Neytral status alan Rusiya batutçuları Bakıda keçiriləcək Dünya Kubokuna gələcəklər

Neytral status alan Rusiya batutçuları Bakıda keçiriləcək Dünya Kubokuna gələcəklər
15-02-2025, 18:03 150 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Fevralın 14-də neytral status alan rusiyalı batutçular Maksim Didenko, Arina Kalyandra, Aleksandra Lyamina və Sergey Finçenko bir həftədən sonra Bakıda keçiriləcək Dünya Kuboku mərhələsində iştirak edəcəklər.
bu barədə Rusiya yığmasının baş məşqçisi Aleksey Rıjkov məlumat verib.
"Ötən gün M.Didenko, A.Kalyandra, A.Lyamina və S.Finçenko neytral status aldıqdan sonra Bakıdakı Dünya Kuboku mərhələsində təmsilçilərimizin sayı iki dəfə artacaq: dörd nəfərdən səkkiz nəfərə qədər. Biz bu idmançıların Bakı mərhələsində iştirakı üçün ilkin ərizələri onlar neytral status almamışdan əvvəl təqdim etmişdik. Ona görə də bu məsələdə hər şey tam qaydasındadır, indi biz onların yarışlara getməsi üçün sənədlərin rəsmiləşdirilməsinə başlayırıq", - A.Rıjkov bildirib.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qərarına əsasən, Rusiya və Belarus idmançıları təşkilatın himayəsi altında keçirilən turnirlərdə yalnız neytral status aldıqdan sonra iştirak edə bilərlər.
Qeyd edək ki, fevralın 22-23-də Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI