VETENİM-AZERBAYCANDIR.AZ
Respublika Yazıçılar Birliyində yazıçı –publisist Dilarə Ağamusanın babası - neft milyonçusu Ağa Musa Nağıyevin anadan olmasının 175 illiyinə həsr etdiyi “Tarix yaşadan binalar” adlı kitabının ilk təqdimatı yüksək səviyyədə keçirildi. İlk sözü Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, ilk çıxışı Millət vəkili Jalə xanım Əliyeva etdilər. Jalə xanım, Dilarə Ağamusanın – babası Ağa Musanı ktabları və filmlərilə 30 ildən çox yaşatdığından, Ağa Musanıın xidmətlərindən, xalqına olan sevgisindən söz açdı. Xeyriyyəçi və ictimai xadim Hacı Nuran Ağa Musa Nağıyevin sahibkarlıq və xeyriyyəçiliyindən etdiyi əhatəli çıxışının sonunda Dilarə Ağamusanın bu yolda xidmətini xüsusi qeyd etdi.
Təqdimada ziyalılar, ictimaiyyət nümayəndələri, qazi və şəhid ailələri iştirak etdilər. Kitab çətin, lakin şərəfi ömür yaşamış Ağa Musa Nağıyevin vətənpərvərlik hisslərindən doğan ideyaları ilə - onun tikililəri, xalqın tarixi olaraq yaşatdığı 98 sayda binaları ilə diqqət cəlb edir. Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova çıxışında - “Dilarə xanım, siz fəaliyyətinizlə və yazılarınızla xal¬¬ça to¬¬xu¬¬cu¬¬la¬rı ki¬¬mi, ba¬ba¬nız Ağa Mu¬¬sa haq-qın¬¬da uzun il¬¬lər so¬¬vet ide¬o¬¬lo¬gi¬¬ya¬sı¬nın ya¬¬rat¬dı¬ğı yan¬lış fil¬¬kir¬¬lə¬¬ri si¬lib tə¬¬miz¬¬lə¬¬diz və kök¬lü ailə¬¬nin, nəs¬¬lin nü¬ma¬¬yən¬¬də¬¬si ola¬¬raq “Ot kö¬kü üs¬tün¬də bi¬¬tər” de¬¬yi¬¬mi¬¬nə biz¬¬lə¬¬ri şa¬¬hid et¬¬di¬¬niz. Ağa Mu¬¬sa Na¬ğı¬¬yev tək¬¬cə si¬¬zin de¬¬yil, mil¬¬lə¬¬tin ba¬¬ba¬sı¬dır, əc¬-da¬dı¬mız¬dır” - deyərək, Təşkilatın adından “İlin xeyriyyəçi qadını” ödülünü Dilarə Ağamusaya təqdim etdi. Dilarə Ağamusa ötən ildə 23 qazi və şə¬hi¬d aiəsini ziyarət edib, haq¬qın¬da eşit¬di¬kə¬rini, bil¬dik¬lə¬rini bu kitabında ya¬zı¬ya çe-vir¬di ki, xa¬ti¬rə hər za¬man ya¬şa¬yır – şə¬hid¬lə¬ri¬miz ki¬mi. Tor¬paq¬la¬rı¬mı¬ızn alın¬ma¬sı uğ¬run¬da min¬lər¬lə be¬lə igid oğul¬la¬rı¬mız – Yesəllərimiz, Orxanlarımız, İzzətlərimiz, Tey¬yub¬la¬rı¬mız kö¬nül¬lü ola¬raq or¬du sı¬ra¬la¬rı¬na qa¬tıl¬mış¬lar. Bu gün ya¬şa¬dı¬ğı¬mız qə¬lə¬bə se¬vin¬ci¬ də, bu yol¬da şə¬hid ol¬muş¬lar sı¬ra¬sın¬da onların adları - qanları ilə yazılıb. Dilarə xanım yaz¬dı ki, Və¬tən uğ¬run¬da oğul¬lar itir¬miş ana, ba¬cı və hə¬yat yol¬da¬şı¬nın ağ¬rı¬la¬rını, Şə¬hid ailə¬lərilə görüş zamanı ke¬çirt-dikləri hə¬yə¬can¬lı an¬la¬rı oxucularla bölü¬şə bilsin.
Təqdimatda iştirak edən Şəhid analar, bilolgiya elmləri doktoru Yeganə Mahmudbəyli, “MDQ” İB –nin sədri Könül Muxtarova, Qazi övladı İlahə Rəhimli, Qazi Vasif Tağıyevin anası Təranə xanım çıxışlarında kitabın aktuallığını qeyd edərək, gənclər üçün bir dərslik olduğunu vurğuladılar. Aparıcılıq qabiliyyətinə və təqdimatın gedişatına xüsusi rəng qatan-İctimai xadim, İş adamı, “Ümidlə gəl”, xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev; Yüzlərlə insanın şəfa tapmasında əməyi və rolu olan “Emsey Hospitalın” Azərbaycandakı Rəsmi Nümayəndəliyinin Rəhbəri Günel Heydərova Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İB-nin təsis etdiyi “Ağamusa Zirvəsi”; Eləcə də Vətəndaş Cəmiyyətinin nümayəndələri Pərvanə Salmanqızı və Könül Qocayeva – Fəxri Diplomlarla təltif edildilər. Hər an Şəhid ailələrinə dəstək olduğuna görə iki Şəhidin anası Səlminaz Allahyarova təşkilatının adından Dilarə xanıma “Təşəkkürnamə” ödülü; Dünya Koşulsuz Sevgi Dernegi Genel Başkanlığı və Azərbaycandakı Başkanı Pərvanə Salmanqızı -Dilarə xanıma bu yolda fəaliyyətinə görə “Uluslararası Barış Elçisi” statusu təqdim etdi. Bəstəkar müğənni Arif Səlimov əvəzolunmaz səsilə ifa etdiiy “Möcüzə Qadın” mahnısı ilə hər kəsi feyziyab etdi.




