Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Şəhid arzusunun sorağı ilə"

"Şəhid arzusunun sorağı ilə"
22-01-2025, 17:38 309 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

"Şəhid arzusunun sorağı ilə" 

44 günlük müharibədən sonra bir amal birləşdirdi insanları. Vətənə olan sədaqət borclarını ödəmək. Məhz bu məqsədlə yol alanların sırasında Füzuli Yarməmmədov adına Xaçmaz rayonu Gülalan kənd tam orta məktəbinin biologiya müəllimi Arzu Nəsibova da vardı. 

O, dərs dediyi şagirdlərlə birlikdə 44 günlük müharibə şəhidi üçqat Dünya çempionu Kərəm Veyisovun valideynləri ilə görüşə gedir. Söhbət əsnasında şəhidin anası Nərgiz xanım , oğlunun bir arzusu olduğunu və həmin arzunun həyata keçirə bilmədiyini dilə gətirir.  

Nə idi şəhidin arzusu?   

Şəhid Kərəm Veyisovun  ən böyük arzusu general Polad Həşimov adına kikboks üzrə yarış təşkil etmək idi. 44 günlük müharibəyə gedən idmançı şəhid olur və həmin istək  yarımçıq qalır.  Şəhid anasını dinləyən Arzu müəllimə bu işi öz üzərinə götürür və  qrant layihədə iştirak edir və layihə qalıb olur. Dövlətin dəstəyinə arxalanan Arzu müəllimə “ Şəhid arzusunun izi ilə...” layihəsinə start verir.  

"Şəhid arzusunun izi ilə..." layihəsinin təlim məşqləri  ötən ilin noyabrında uğurla davam etdi. Xatırladaq ki, layihənin açılışı  onlayn şəkildə baş tutmuşdur .  3 ay müddətində davam edəcək layihənin birinci ayında işçi heyətin toplanması , piar xidmətin fəaliyyətə başlaması, təlim məşqlərində iştirak edəcək məktəblilərin müəyyən edilməsi həyata keçirildi . 

  Dekabr ayından başlayaraq təlim məşqləri aktiv şəkildə keçirilməsi start götürdü.      Hal-hazırda məşqlər pesəkar şəkildə Quba Olimpiya kompeksində həyata keçirilir. Layihədə 30-45 arası idmançı məktəblinin təlim məşqlərindən yararlanması reallaşacaqdır.  Qeyd edək ki, yarışma şimal zonasını əhatə edir. Şabran, Quba, Qusar və Xaçmaz məktəblilərini bu yarışmada güçlərini sınayacaqlar. 

 26 Yanvar tarixində Quba Olimpiya Kompleksində General Polad Haşimov adına yarış keçiriləcəkdir.  I yerin sahibinə Kubok, digər qaliblərə isə diplom təqdim olunacaqdır.  

  Layihə Quba Olimpiya Kompleksində beynəlxalq dərəcəli məşqçi Telman Məhərrəmov tərəfindən həyata keçirilir. 

Şəhid Kərəm Veyisovun  arzusu torpaqlarımızı azad görmək idi. Şəhadəti ilə azadlıq əldə etdik. 

Şəhid Kərəm Veyisovun arzusu General-mayor Polad Haşımovun xatirəsinə həsr olunmuş kikboks yarışması keçirmək idi. Şəhadətindən sonra bu arzuda reallaşdı. 

Qeyd edək ki, Şəhid Kərəm Veyisov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş və Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “ Vətən Uğrunda”, “ Şuşanın azad olunması”, “ İgidliyə görə”, “ Döyüşdə fərqləndiyinə görə” və “ Füzulinin azad olunması” medalları ilə təltif olunmuşdur.   

Şəhid ailəsinin sevincinə sevinc qatan Arzu Nəsibova məsuliyyətli bir addım atdı. Bu addımla o, Nərgiz anaya, Səttər ataya şəhid oğlu Kərəmin yarım qalan arzusunu gerçəkləşdirməkdə kömək etdi.  

Uğurlarınız davamlı olsun! 

Xoş arzularla ... 

Gülxar RƏHİMLİ, 

“ XAÇMAZ”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI