Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

DİLÇİ- YAZIÇI MÜNASİBƏTLƏRİNDƏN DOĞAN SUALLAR

DİLÇİ- YAZIÇI MÜNASİBƏTLƏRİNDƏN DOĞAN SUALLAR
22-01-2025, 01:17 395 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​AMEA  Nəsimi adına  Dilçilik institutunun dilçi-alimi professor Ismayil Kazimovun  mənə ünvanladığı müsahibə sualları
Təşəkkür edirəm ,İsmayıl  müəllim, çox xoş oldu.

Salam Rəna xanım, əminəm ki, yaxşısınız. İstəyirəm, bir tanınmış yazıçı kimi Sizə bəzi suallar verəm.

M Ü S A H İ B Ə

DİLÇİ- YAZIÇI MÜNASİBƏTLƏRİNDƏN DOĞAN SUALLAR

1.Sizi öz yaradıçılıq uğurunuzun memarı hesab etmək olarmı?

-  Açığı  özümü  istədiyim yerdə görməyincə   yaradıcılığımı da memar yox , bir bənna işi sayacağam.  İnşallah ömür vəfa etsə  bir gün o da olar ...

2.Yoxdan vara çevrilən hər bir şey yaradıcılıqdır, -aforizminə münasibətinizi öyrənmək mümkündürmü?

-Məncə bu aforizm ədəbiyyatın qızıl yarlığıdır . Onun işi həyatı bədii obrazlarla inikas etdirməkdir. Bu obraz cansız əşya,  şüursuz heyvan , düşünən , quran , kəşf edən insan da ola bilər... Yazarlar   sadəcə obyekti seçir və özü ondan memar  , zərgər kimi təxəyyülünün gücüylə  istədiyini   yoxdan  vara çevirir .

3.Siz bölgədə yazıb yaradan tanınmış yazıçısınız. Fs səhifələrində saysız-hesabsız oxucunuz var.

- Bu mənə ünvanlanan sualmı, ya hökmmü?
Düşünürəm ki, hökmü də, fərmanı  da , son sozü də  oxucu deyir. Xalq yazıçısı    olmayıb  , sadəcə xalqının yazıçısı olan yazarlarımız  var ki, heç bir titulu  olmasa da, kitablarının  tirajı da, oxucularının sayı da xalq yazıçılarından daha çoxdur . Onların əsərləri əl- əl gəzib , sovetlər dönəmində də, indi də. 
Bəziləri  isə üzdə   kitablarının say çoxluğuyla öyünür ,    onların rəflərdə toz basdığını görəndə isə içi   göynəyir.
  Mən də oxucularıma minnətdaram mənə stimul verdiklərunə görə.

4.Yaradıcılığınızda üslubi davranış hansı səviyyədədir?

- Lirik, ruhi - psixoloji üsluba daha çox meyilliyəm . Görünür elə buna görə tənqidçilərdən bir çoxunun     yazdığı məqalələrdə məni  "Qadın ruhunun fəsillərini əks elətdirən nasir " adlandırmışdılar.
 Siz də bir müsahibənizdə adımı çəkərək ;"Rəna Abdullayevanın nəsr əsərləri ruhun yaratdığı ölməz əsərlərdir.Belə ruh doğmalığı  adama xoş gəlir .Ruh bağının verdiyi doğmalıq ,qan bağının doğmalığından irəlidir",söyləmisiniz. 
Mənim FB səhifəmdəki dostlarımın çoxu filoloqlardır.Onlar da
məni oxuyub yazırlar ;"Rəna Nəcəfqızının nəsri öz təbiiliyi, təhkiyyəsinin ruhi-psixoloji aləmi ilə seçilir".   Mənm sevincim də, kədərimi  də ruhumda  əks olunur və yazılarıma köçür.

5.Bir yazıçı kimi əsl dil yaradıçılığı hansı amillərə söykənməlidir?

-İlk növbədə ədəbi dil normalarına riayət etməklə yerindən ,məqamından asılı olaraq bütün  üslublardan yararlanmaq bacarığına .  Frazeoloji birləşmələr  bədiiliyin , ana dilimizin öz sözləri isə  ahəngdarlığın şərtidir . Sinonimlərdən  istifadə  edərkən ən dəqiq ifadəni seçməklə  lakoniklik  artır. neologizmlər, hətta məqamı gələrsə  arxaizmlər də dil yaradıcılığına xidmət edir. 
Az sözlə daha çox məzmun ifadə etmək, qəti fikir  söyləmək , ideyanı müəyyənləşdirmək üçün 
 xalqın söz boxçası əlimizin altında. Onu yaxşı bilənlər ata sözlərindən , zərb məsəllər, aforizmlərdən düzgün istifadə edərək  lakonikliyi də, bədiiliyi də istədiyi səviyyəyə qaldıra bilir.  Nəsrin qaçılmazı onun dilini, təhkiyyəsini süjeti və məzmunu ilə uzlaşdıra bilməkdir.
 Dilə şirinlik  qatmaq üçün dialoqlar  orfoepiyanın qaydalarına  uyğun  səsləndirilməlidir. 

6.Siz həm də doğma dilimizi bədii mətn vasitəsilə Yevlax şəhərində öyrənənlərə mənimsədirsiniz. Dərsliklərdəki mətnlərdən savayı, öz qurduğunuz mətnlərə müraciət edirsinizmi?

-Əlbəttə.Bu həm  zamanın, həm də tədris proseaində istifadə olunan  üsul və  metodlarının   tələbidir.Hər bir dil dərsində mövzuya uyğun  yeni  mətnlər tərtib edirəm .Sonra şagirdlərə də kiçik həcmli mətlər qurmağı , ya da hazır mətni müəllifin yox, əsərdəki surətlərin  birinin dilindən yazmağı tövsiyyə edirəm. 
  Şagidlər hər iki halda məni sevindirir.

7.,,Vəzifə insana şan-şöhrət deyil, insan vəzifıyə şöhrət olmalıdır,, deyimini necə dərk etmək olar?

-İsmayıl müəllim, elə vəzifələr var ki, biz onu icra edənə görə ya əlçatmaz hesab edirik, ya da ümumiyyətlə əhəmiyyətsiz bir şey kimi ,  ikrahla baxırıq. Sadə bir misal, xalqın deputatlara qarşı aqressiyası bəlkə də onların bir qrupuna  qarşıdır, ancaq bəzən  qurunun oduna yaş da yanır. Deputat deyəndə hamı yalançı, iküzlü ,korrupsioner, mənsəbpərəst, xalqın xeyrinə bir kəlmə də danışmayıb ağzına su alaraq oturanları    gözləri önünə gətirir.  Bu halda hansı  vəzifə sahibi öz tutduğu posta şöhrət gətirə bilər ki?
  Milli Qəhrəman  Polad Həşimov Azərbaycanın ilk və yeganə şəhid generalıdır. 
 O öz sadəliyi, tabeliyində olan hərbçilərlə rəfarı , qorxmazlığı, cəsarətiylə tutduğu vəzifəyə şöhrət gətirdi. Həm xalqı, həm anası onu  "səngər generalı" adlandırdı . Elə bilirəm bu vəzifəyə şöhrət gətirməyin ən mükəmməl nümunəsidir.
Yeri gəlmişkən Polad Həşimov  haqqında mən də çox ciddi bir əsər üzərində işləyirəm. Əgər keçirdiyim ağır xəstəlik olmasaydı bəlkə də sadəcə kitabları deyil, ekranları da  zəbt edəcək bir roman olacaqdı  bu əsər. İnşallah elə də olar və sonunda mən xalqımızın şəhid generallarına olan ehtiramını bu romanla ifadə eləmiş olaram.
 
8."Ürəkdən gəlməyən söz, fikir qəlbi incidər,, fikrinə münasibətiniz?
 
Bütün yaxşı sözlər ürəkdən axıb qulağa süzülür. O, gerçəyi ifadə etməlidir.Dostluqda da, sevgidə də ümumiyyətlə - bütün insani münasibətlərdə  ürəyindəkiləri ağlının süzgəcindən keçirib  söyləməsən  qəlbə
 toxunub ,onu incidə bilər. 

9.Romanlarınızın dil və üslubunda ifadə tərzini necə yeniləşdirirsiniz? Bədii yaradıcılıqda yeni vərdişlər necə yaranır? Ümumi 
, dikçilikdə buna u z u s deyirlər.

- Siz də mənim daimi oxucularımdan sayılırsınız. Məni oxuduqları üçün minnətdar olduğum hər kəs əsərlərimin dilinin qüsursuz və gözəl olduğunu söyləyir. Təbii  ki, bunun səbəbi göstərdiyiniz nüanslardan qaynaqlanır. Üslublar  vasitəsiylə daha çox yenilənməyə nail oluram.
 Dilçilikdə baş verən bütün yenilikləri  keçmişimizi, milli - mədəni irsimizi qorumağa yönəltməklə bədiiləşdirib   ,dövrün ,zamanın tələblərinə cavab vermək hər bir yazarın ümdə vəzifəsidir. 
 Bəşəriyyət tarixinə nəzər salsaq cəmiyyətin necə  durmadan svilizasiyaya doğru   getdiyinin şahidi olarıq. Bunu öyrənmək üçün bədii ədəbiyyat ən gözəl mənbədir.
   Ədəbiyyat tarixinə  nəzər salanda həm insanların təfəkkürünün , həm də güzəranının, həyat tərzinin necə dəyişdiyini görmək çətin deyil.
   Milli mənliyimizi, kimliyimizi qoruyub saxlamaq ,yeni nəsillərə ötürmək işi bütün hallarda  biz yazarların  boynunun  borcudur. Yeni standartlara  uymaq lazımdır.Svilizasiyaya nəzərən  qlobal məsələləri qabartmaq , dünyada baş verən prosesləri işıqlandırmaq yaradıcılıqda yeniləşdirmənin  ən vacib amildir. Bəşəriyyət ən ağır dönəmini yaşayır. Yeni dünya qurulursa , keçmişdəki səhvlər, qüsurlar, təhrif olunmuş tarix yazılmalıdır!
Tezliklə dedektiv janrda yazdığım  "Qaragözlü bilərzik"romanıyla oxucularımın görüşünə gələcəyəm. Azərbaycanda  bu  janrda  ilk qadın yazar olaraq həm də bir sıra  qlabal  məsələləri gündəmə gətimişəm. Keçmiş podsovet məkanın bir dönəminin gizli qalan hadisələrini işıqlandırmışan. Verdiyiniz sualın cavabı olaraq deyə bilərəm ki, həm mövzu, həm süjet mənim üçün tam yenidir. Tədii ki , əsərin dili, üslubu da məzmuna uyğun olaraq əvvəlki əsərlərdən fərqlidir. Eyni zamanda bütün üslublardan yararlanmışam. Müharibənin mənəvi şikəst , cismani məhv etdiyi insanlar, ailələr o qədər peşəkarlıqla tısvir olunub ki, bəzi səhnələri oxuyanların qanını dondurub ,bəzilərini isə göz yaşlarında  boğacaqdır. Müharibılərin gətirdiyi ağır fəlakətlər, kimsısiz , tənha  uşaqların ürəkparçalayan səfil həyatı , sonunda dəhşətli faciələrə səbəb  olur. Onlar da mafiyanın bataqlığına qərq olurlar.
 Bir neçə kiçik parçanı FB səhifərində paylaşmağım böyük rezonans doğurdusa , demək roman bütövlükdə geniş  oxucu kütləsinin diqqətini özünə çəkəcək bir səviyyədədir. . Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, uzun araşdırma  və təqdiqatlarım öz gözəl nəticəsini verdi. Ciddi nəzarət altında olmasına baxmayaraq Sovet İttifaqında  narkotik və briliyantın qanunsuz  alveri ilə məşğul  mafiyaya başçılq edən və heç bir mətbu orqanında haqqında geniş məlumat verilməyən hadisələri təfərrüatı ilə   ilk dəfə  bədiiləşdirib roman halına salarkən dedektivlə yanaşı bir sıra qlabal məsələlərə də aydınlıq gətirmişəm. 
  
10.Kökdən üzülmək -bədii əsərlərdə ədəbi-bədii dil ənənəsidir. Siz bir yazıçı kimi bu ənənəyə sadiq qalırsınızmı?

- Kökündən üzülməmək...
Bu günümüzü yaddaşa köçürüb sabahımıza miras qoymaqdır.  Ədəbi- bədii dil ənənəsinə sadiqlik   milli mentalitetimizi qorumaq  , xəlqilik, vətənpərvərlik ideyalarını təbliğ eləməkdir. Bunun üçün   şifahi xalq ədəbiyyatımız ən zəngin məbədir,  Elə bilirəm  bu sualın  cavabını  mən artıq əvvəlki cavavlarımda da  söyləmişəm.
Yenə də təkrarlamağı borc bilirəm.
Mən atalar sözü, məsəllər və yeri gəldikcə aforizmləridən istifadəni məhdudlaşdırmağı heç düşünmürəm.Onlar bizim ədəbiyyatın brendidir. Milli mənliyimizi, kimliyimizi qoruyub saxlamaq ,yeni nəsillərə ötürmək işi bədii  ədəbiyyatın  , daha dəqiq desək nasirlərin ədəbi-bədii dil ənənəsini qorumasının sübutudur. 
S o n

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI