Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

LAYİQLİ NAMİZƏDLƏRƏ SƏS VERƏK !!!

LAYİQLİ  NAMİZƏDLƏRƏ     SƏS VERƏK !!!
17-01-2025, 11:58 289 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​Azərbaycan Respublikasının ikinci böyük sənaye şəhəri olan Sumqayıtın inkişafında son illər hər tərəfli irəliləyişlər hiss olunur. Müsahibimiz Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər Bələdiyyəsinin üzvülüyünə  namizəd Nərmin xanım Mehdiyevadır.  Bələdiyyənin sədr müavini vəzifəsində çalışdığı müddət ərzində müsahibimiz görülən  işlərin arqument və faktlarla hesabatını verdi :
-Əsaslı abadlıq işləri həyata keçirən Sumqayıt şəhər Bələdiyyəsi eyni zamanda yeniyetmələrin, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün "Sumqayıt Bələdiyyə parkı"nda  gözoxşayan şərait yaratmışdır. Respublikamızın quruculuq işlərinə, əmək məkanlarına “bədii güzgü” tutan Sumqayıt Bələdiyyə Parkının daxili divarlarında işlənən divar rəsmləri ötən əsrdə yaşamış insanların işlərini və əhatələndikləri məkanların görüntüsünü özündə hifz etmələri baxımından həm də tarixi əhəmiyyət kəsb edən rəsm əsərləridir. Əminik ki, bu divar rəsmləri Sumqayıt sakinlərinə xüsusi zövq verir. Biz artıq  2025ci il üçün tədbirlər planının icrasına start vermişik. Belə ki,sakinlərin gediş-gəlişinin rahatlaşdırılması, onların rifahının qayğısına qalmaq məqsədilə Bələdiyyə xoşməramlı  missiyasını davam etdirir. Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yenilənməsini əsas prioritet hesab edən  Sumqayıt Bələdiyyəsi tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində təmirə ehtiyacı olan yollar mərhələli şəkildə təmir olunur. Küçə və məhəllə daxili yolların asfaltlanması, abadlaşması və işıqlandırılması probleminin həllini maksimum olaraq qarşısına məqsəd qoyan Bələdiyyə, şəhərin Yeni Yaşayış Massivinin (Yaşıl Dərə) 8-ci məhəllə, Şəhid Nazim Babayev və Kömürçü küçələrinin işıqlandırılmasını həyata keçirib. Qeyd edək ki, cari il ərzində bu tipli sosial yönümlü tədbirlər davam etdiriləcək. Əlbəttə ki, fəaliyyətimiz tək asfaltlama ilə bitmir. Sumqayıt Bələdiyyəsinin fəaliyyət çərçivəsi böyükdür və respublikada büdcəsinə görə ən ilk sıralarda yer tutmuş bələdiyyədir. Bələdiyyələrin gəlir mənbəyi fiziki şəxslərdən toplanan əmlak vergisi, torpaq vergisi, bələdiyyə mülkiyyətinin icarəsindən daxil olan torpaq icarə haqları və bələdiyyələrin mülkiyyətinde olan torpaqların özəlləşməsindən əldə olunan gəlirlərdir. Bütün bu toplanan vəsaitlər ərazi hüdudlarımız daxilində yaşayan vətəndaşlarımızın rifah halının daha da yaxşılaşması üçün sosial layihələrimizin icrasına yönləndirilmişdir. Eyni zamanda 20-ci mikrorayon ərazisi, Mətbuat küçəsi, məktəblilərin və əhalinin gediş-gəlişinin rahatlığını təmin etmək üçün 40saylı məktəbə aparan yolları, Xəzər bağları yaşayış massivindəki "Murovdağ" küçəsi, Yaşıldərə adlanan  Yeni Yaşayış Massivinin Əli Mustafayev küçəsi, növbəti   Lütfiyar Imanov küçəsi və bir çox narahat yollar asfaltlanmış və asfalt örtük ilə bərpa olunmuşdur. Sonunda Nərmin xanım sözünü yekunlaşdırıb,
"Sakinlərimizin rifahı bizim üçün vacibdir"- Cümləsilə bitirdi.
 Bu ciddi və şərəfli missiyasında Nərmin xanımın həyat və  fəaliyyətinə bol şanslar diləyirik...Sumqayıt şəhər Bələdiyyəsinin üzvülüyünə  layiqli namizəd Nərmin Kamran qızı Mehdiyevaya birlikdə,hamılıqla səs verək.
Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin icraçı direktoru: Nailə Muradova.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI