21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Generalın anası ziyarət olundu
Rusiya və Azərbaycan vətənpərvər ziyalıları ilə Şəhid General-Mayor Polad Həşimovun ailəsi və Şəhid Anası Səmayə xanım ilə görüş..
10.08.2022-сi ildə bir qrup ziyalılar, ictimai fəallarla birgə Şəhid General-Mayor Polad Həşimovun evində oldu. Anamız Səmayə ananı, bacımız Kəmalə xanımı ziyarət etdilər..
Ziyalımız, şairə-publisist, Çağdaş Azərbaycan Kültür dərnəyinin Azərbaycan üzrə nümayəndəsi, Rusiya Azərbaycan Qadınlar təşkilatının Azərbaycan üzrə nümayəndəsi Nəsibə xanım İsrafilqızı və xeyriyyəçi Natəvan xanım Şadlinskayanın dəvəti ilə bu görüş təşkil edildi..
Görüşdə Rusiya Azərbaycan Qadınlar təşkilatının sədri Xatirə Qənbərova, sədr müavini, Sankt-Peterburqda fəaliyyət göstərən "Çinar" Milli Mədəni Mərkəzinin həmtəsisçisi, sədr müavini Ülviyyə Abbasova, mərkəzin üzvləri, ictimai fəallar Abbasov Cavid və Məhəmməd, xeyriyyəçi vətənpərvər Əliyev Hünər, şair-publisist Fəxrəddin Meydanlı, ziyalı xanım Samirə İsmayılova və "Vətənim-Azərbaycandır.az ın Baş Redaktoru Kamran Orucovda iştirak etmişlər. Dəvətlilər içərisində 44 günlük müharibəyə könüllü olaraq getmiş Biləsuvar Şəhidi Qədirli İsmayılın Anası Tamella ana da iştirak edirdi.. Generalımızın Anası Səmayə xanım qonaqları mehribanlıqla qarşıladı. Səmimi söhbətindən doymaq olmurdu. Səmayə ana görüş iştitakçılarına generalımızın həyat yolundan, döyüş yolundan bəhs edirdi. Daha sonra Şairə-publisist Nəsibə xanım Nur üzlü Şəhidimiz Polad Həşimov haqqında həsr etdiyi şeiri təqdim etdi. Xüsusilə Şəhidimizin Anası və ailə üzvüləri ilə birlikdə nümayəndə heyətinə şeiri
Şairə Nəsibə xanım öz canlı səsi ilə dinlətdi. Rusiya Azərbaycan Qadınlar təşkilatının sədri Xatirə xanım qadınlar adından çıxış edərək Səmayə anaya belə oğul böyütdüyünə görə təşəkkür etdi və əvvəlcədən Səmayə Ana üçün təşkil olunmuş hədiyyəni təqdim etdi. Görüş iştirakçıları Polad Həşimovun adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, daim xalqımızın qəlbində yaşayacağını çıxışlarında dəfələrlə vurğuladılar.
Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun.
Ali Baş Komandanımızın dəmir yumruğu altında daima Milli Ordumuz Zəfərlərə imza atacaq..
QARABAĞ AZƏRBAYCANDIR!
Çinarə Cənnətova.
"Vətənim-Azərbaycandır.az"