13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
BİR ÖMRÜN İŞIĞINDA
Bu gün sizlərə 39 il müəllim kimi həyatını Azərbaycan övladları üçün xərcləyən Hacıyev Nazim Əli oğlundan bəhs edəcəm.
1957 ci ilin aprel ayının 7 də Gədəbəy rayonunun Şınıx mahalının Hacılar kəndində anadan olub.Orta məktəbi Hacılar kəndidə bitirib, Gəncə Dövlət Pedaqoji İnistitutunun dil ədəbiyyat fakultəsində təhsilini davam etdirib.1983 cü ildən Hacı Kənd Uşaq Evində pioner baş dəstə rəhbəri kimi fəaliyyətə başlayıb.1985-1986 cı ildən Kəpəz Rayon 7 saylı tam orta məktəbdə pioner baş dəstə rəhbəri kimi tədrisə başlayıb və 16 il bu məktəbdə müəllim kimi,direktor tədris işləri üzrə müavin kimi fəaliyyət göstərib.2004 cü il noyabr ayının 9 dan 2011 ci il fevral ayına kimi 44 saylı məktəb –bağça-litsey kompleksində məktəb direktoru kimi fəaliyyət göstərib.
2011 ci fevral ayından Gəncə şəhərində yüksək göstəriciləri ilə seçilən pedaqoji kollektivlərdən biri olan A.S.Puşkin adına 9 saylı tam orta məktəbdə direktor kimi fəaliyyətini davam etdirir.
Həyatını təhsilə adayan bu gözəl insan öz işinin peşəkarı və səriştəli pedaqoq kimi örnək bir insandır.İşlədiyi bütün təhsil ocaqlarında pedaqoji kollektivdə özünə hörmət qazanan bu insan hər bir şagirdə öz doğma balası kimi münasibət bəsləyir.Bu səbəbdən hər il məktəb məzunlarını yüksək göstərici ilə universitetlərə daxil olurlar.
Bu gün 7 aprel bu gözəl şəxsiyyətin doğum günüdür.Bu münasibətlə onu səmimi qəlbdən təbrik edir,ona işlərində müvəffəqiyyətlər ,uğurlar və həyatda ən vacib olan can sağlığı arzulayıram.Hörmətli Nazim müəllim neçə gözəl illərə çıxasız.
Təbriklərə "Vətənim-Azərbaycandır.az" informasiya portalıda qoşulur.
HÖRMƏTLƏ; İHM VƏ EQ Gəncə Mərkəzinin sədri Sitarə İsrafilqızı.