Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qobu Elektrik Stansiyası ölkənin enerji dayanığlılığının qarantıdır!

Qobu Elektrik Stansiyası ölkənin enerji dayanığlılığının qarantıdır!
16-02-2022, 08:51 482 dəfə baxılıb

2022-ci il sanki Respublikamızın hər yerində tikinti, quruculuq, yeniliklər ili kimi həyatımızda iz qoymağdadır.
Ölkə başçımız Cənab Prezidentimizin təşəbbüsü, xeyir duası və göstərişi ilə ölkənin hər yerində yeni layihələr icr olunur.Bu qəbildən olan
Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Azərbaycanda enerji sahəsində böyük işlər görülüb. Nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir.
  Ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə töhfədir.  Gücü 750 meqavat olan Yaşma  yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər.
  Bu layihənin icrsı bir daha sübut edir ki, Azərbaycan öz,daxili imkanları ilə  dünyada öz izini qoymağda davam edir. Müharibədən Qələbə əzmi ilə çıxan ölkəmizin hər qarışı sanki cənnət məkana çevrilməkdədir.
   Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər. 
    Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünür.
    Xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Azərbaycanın bərpaolunan enerji potensialı artır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur.
    Bu layihə  günün ən yaddaqalan hadisəsinə çevrilmişdir.
 Davamlı olsun deyirik.Fəxr edirik ki, belə bir  ölkənin vətəndaşı olmağı haqq etmişik. Yaşasın hər gün, hər an yeniləşən və uğura bürünən Azərbaycanımız!


Nəhayət Şirinova.
İctimaiyyətçi.
AJB-nin üzvü.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zonası üzrə nümyəndəsi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI