Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Narkotik vasitədən istifadəyə görə hansı halda cinayət işi açılmır?

Narkotik vasitədən istifadəyə görə hansı halda cinayət işi açılmır?
24-05-2022, 12:07 419 dəfə baxılıb

"Əgər şəxsin istifadə etdiyi narkotik vasitələr şəxsi istehlak miqdarından artıq olarsa, bu zaman Cinayət Məcəlləsinin 234-cü maddəsinə əsasən cinayət işi açıla bilər”.


"Vətənim-Azərbaycandır.az"ın E-huquq.az istinaden məlumatına görə, bunu vəkil Vamiq Şükürov deyib.

Vəkilin sözlərinə görə, qanunvericilikdə narkotik vasitələrin miqdarından asılı olaraq cinayət işinin açılması nəzərdə tutulub: "Belə ki, əgər şəxslər şəxsi istehlak qədərində narkotik vasitədən istifadə edərlərsə, bu zaman cinayət işi açılmır. Onlara qarşı yalnız İnzibati Xətalar məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta üzrə iş açılır və onlara qısamüddətli inzibati həbs təyin oluna bilər".

V. Şükürov qeyd edib ki, qanunvericilikdə şəxsi istehlak miqdarı hər bir narkotik vasitə üzrə müxtəlif ölçülərdə nəzərdə tutulub: "Məsələn, heroin 0.15 qr, həşiş 5 qr, kokain 0.2 qr, qurudulmuş marixuana 5 qr nəzərdə tutulur. Qeyd edilmiş miqdarlara qədər narkotik vasitələrdən istifadə olunması müəyyən olunarsa, artıq qeyd etdiyimiz kimi inzibati həbs verilir. Yox, əgər həmin miqdardan yuxarı hədlər aşkar olunarsa, bu zaman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açıla bilər. Ümumiyyətlə, narkotik vasitənin şəxsi istehlak miqdarından aşağı və ya yuxarı istifadə olunması insan sağlamlığına böyük təhlükədir, qanunsuz bir haldır və bu tövsiyə olunmur"

Gülnar Abdullayeva.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI