01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
“Aldığı rüşvətdən 150 manat da mənə vermişdi”
VETENİM-AZERBAYCANDIR.AZ
Rüşvətə görə həbs edilmiş 1 saylı Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə araşdırması gedir.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda xəstəxananın sabiq baş həkimi Ağahəsən Rəsulov şahid qismində ifadə verib. Xatırlatma üçün bildirək ki, A.Rəsulov 3 ay əvvəl qalmaqallı açıqlamasından sonra vəzifədən azad olunmuşdu.
O, məhkəmədə təqsirləndirilən şəxsin tərəfini saxlayıb, ondan heç kimin narazı olmadığını deyib: “Xəstələr də, onların yaxınları da Hüseynlə normal münasibətdə olub. Demək olar, gün ərzində xəstəxanaya yüzə yaxın xəstə qəbul olunurdu. Hər şey də qaydasında idi. Hüseynin hansısa xəstə ilə problem yaşadığından və ya xəstələrdən pul almasından xəbərim olmayıb.”
Prosesə sədrlik edən hakim Azad Məcidov şahiddən istintaq vaxtı fərqli ifadə verməsinin səbəbini soruşub.
Hakim ifadəni elan edərkən məlum olub ki, o, əvvəl təqsirləndirilən şəxsin rüşvət almasından məlumatlı olduğunu deyib: “Zərərçəkmiş şəxsləri tanıyıram. Hüseyn onlardan rüşvət alıb, hətta bir dəfə aldığı rüşvətdən 150 manat da mənə vermişdi”.
Lakin şahid istintaqa verdiyi ifadəni boynuna almayıb.
Qeyd edək ki, Hüseyn Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.