Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İstanbul zəlzələdən belə müdafiə olunacaq

İstanbul zəlzələdən belə müdafiə olunacaq
9-08-2023, 07:54 161 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Türkiyədə ard-arda baş verən zəlzələlər dövlət qurumlarını hərəkətə keçirib. 
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, ölkədə zəlzələ qanunu üzrə layihə işlərinə başlanılıb.
Belə ki, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi yeni qanuna əsasən, İstanbul şəhərindəki tikililərin daha ciddi yoxlanılacağını açıqlayıb. 
Həmçinin nazirlikdən bildirilib ki, İstanbulda baş verə biləcək 7 bal gücündə zəlzələdə 600 min evin dağılacağı təxmin edilir. Bunun qarşısını almaq üçün isə bir sıra təxirəsalınmaz tədbirlər görüləcək:
"Binalara bir-bir baxış keçiriləcək. Araşdırmalar aparılacaq, riskli tikililər zərurət yaranarsa, söküləcək. Komandalar həmişə meydanda olacaq. Bir çox binaların altında mağaza və iş yerlərinin olması tikilinin uçma riskini artırdığına görə bu işə nəzarət artırılacaq. Torpaq süxurları üzrə verilən rəyə əsasən, bəzi ərazilərdə tikintiyə icazə verilməyəcək".

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI