Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan həbsdə olan Özbəkistan vətəndaşını ekstradisiya etdi

Azərbaycan həbsdə olan Özbəkistan vətəndaşını ekstradisiya etdi
8-08-2023, 22:25 131 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən, Özbəkistan Respublikasının vətəndaşı, 24.03.1993-cü il təvəllüdlü Musurmanov Davron Musurmanoviçin verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan verilən məlumata görə,  Davron Musurmanov cari ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI