01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
Laçın sakini: “Evimizə, ocağımıza böyük sevinc və qürur hissi ilə dönürük”
VETENİM-AZERBAYCANDIR.AZ
"31 il sonra Laçına dönməyin sevincini duymaq üçün gərək elə laçınlı olasan. Çox böyük sevinc və qürur hissi ilə evimizə, ocağımıza dönürük".
Bu sözləri açıqlamasında 31 il sonra doğma yurdu olan Laçına dönən sakinlərdən biri Pakizə İsmayılova bildirib.
O deyib ki, ötən 31 ili sadəcə torpaq həsrəti ilə yaşayıb: "Amma hər zaman ümidli olmuşuq, həmişə inanmışıq ki, yenidən öz evimizə, Laçınımıza qayıdacağıq. Laçında çox gözəl günlərimiz olub. Bu illər ərzində bütün sözümüz, söhbətimiz ancaq Laçın olub. Laçından danışmaqdan heç vaxt doymamışıq.
Laçının havası gözəldir, suları cana dərmandır, torpaqları münbitdir. Hətta mən deyərdim ki, nə istəsəniz, nə axtarsanız, hamısı Laçında var. Bu günə qədər mənfur düşmənlərimiz onlardan istifadə edirdi. Amma şükür edirik ki, torpaqlarımız yenidən əzəli, əbədi sahiblərindədir".
P.İsmayılova bildirib ki, uzun illərdir görmədiyi yerləri yenidən görəcəyi üçün çox xoşbəxt və həyəcanlıdır: "Laçında gedib görəcəyimiz, ziyarət edəcəyimiz yerlər çoxdur. Oranın hər qarışı doğmadır. Biz öz ocağımıza geri dönürük. Arzu edirəm ki, bir qarış belə olsa torpağımız erməniyə qalmasın. O torpaqlarda bir daha güllə səsi eşidilməsin.
Bu günü yaşamaq çox sevinclidir. Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Ordumuza, igid əsgərlərimizə təşəkkür edirik. Qazilərimizə cansağlığı diləyirik. Qoy sülh içində yaşadığımız, torpaqlarımıza qovuşduğumuz bu günlər əbədi olsun".
Qeyd edək ki, bu gün 56 nəfərdən ibarət 16 ailə Laçın şəhərinə yola salınıb. Bununla da orada 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
VETENİM-AZERBAYCANDIR.AZ