Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır” - Emin Hüseynov

“Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır” - Emin Hüseynov
27-07-2023, 10:09 187 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verildiyi kimi, Ermənistan tərəfindən nəqliyyat vasitələrini cəmləməklə Laçın dövlət sərhədindən keçid məntəqəsində siyasi manipulyasiya və propaqanda məqsədilə təxribata cəhd göstərilir”.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
E.Hüseynov qeyd edib: “Müxtəlif səviyyələrdə Azərbaycan tərəfindən bəyan edilib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil. Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil.
Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI