Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yeni yaranmış müstəqil "Sıfır" teatrının səhnəsində Anton Pavloviç Çexovun "Altı nömrəli palata" əsəri əsasında eyni adlı tamaşa oynanılıb.

Yeni yaranmış müstəqil "Sıfır" teatrının səhnəsində Anton Pavloviç Çexovun "Altı nömrəli palata" əsəri əsasında eyni adlı tamaşa oynanılıb.
26-07-2023, 07:55 239 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Əsər psixoloji dram janrındadır və absurd üslubda qurulub. Tamaşa da istifadə edilən rekvizitlər ekoloji böhranın tərənnümü olaraq tullantı məhsullarından hazırlanıb. 
 Tamaşanın mövzusu şəhərdən kənarda, unudulmuş xəstəxananın 6 nömrəli palatasında yaşayan 3 dəlidir. Onlardan biri adlı-sanlı dəli olan İvan Dmitriçdir. Xəstəxananın baş həkimi Andrey Yefimiç bir gün dəliləri ziyarət etməyə gəlir. İvanla arasında yaşanan söhbətlər, Yefimiçi sarsıdır. Ağıl ilə dəlilik arasındaki sərhəd, yaşantı və elm, əzab haqqında düşüncələr sujetin əsas konfliktlərini təşkil edir.


Əsərin səhnələşdirmə müəllifi Mirtalib Həsənov, Quruluşçu rejissoru Səid Abbasov, Musiqi tərtibatçısı Fuad Məmmədovdur. Əsərdə rolları Anar Bulud, Orxan Bakinskiy, Fərid Vəliyev, Samir Əliyev, Orxan Abışov, Anar İbrahimov, Pərviz Mirzə və Şükür Babayev ifa edir. Səhnə əsərinin xronometrajı 60 dəqiqədir.
Tamaşa ilk dəfə 24.06.2023 tarixində oynanılıb və teatrın ilk tamaşasıdır

Tamaşa hər həftənin altı və bazar günləri teatrın  oynanılır. VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI