Bunu açıqlamasında Milli Məclisin deputatı Sevil Mikyaılova deyib.
S.Mikayılova əlavə edib ki, uğurlu coğrafi mövqeyi ölkəmizə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm hissəsi olmaq imkanı yaradıb. Bu imkandan çox uğurlu və rasional istifadə etməyi bacan dövlətimiz, eyni zamanda öz ərazisində müasir yol infrastrukturu formalaşdıraraq, qlobal nəqliyyat şəbəkəsində vacib mövqeyə maliklənib. Bu gün Azərbaycan Avropa, eləcə də, dünyanın enerji və nəqliyyat mərkəzlərindən birinə çevrilməyi bacarıb.
"Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb.
Azərbaycanın reallaşdırmağı hədəflədiyi Zəngəzur dəhlizinin əhəmiyyətindən də danışan Sevil Mikayılova əlavə edib ki, Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi reallaşdırılması üçün fəal şəkildə işlər görülür.
"Azərbaycan Zəngəzur dəhlizi reallaşdırılması üçün öz üzərinə düşən tikinti işlərinin 70 faizə qədərini artıq tamamlayıb. Zəngəzur dəhlizinin açılması ilə isə Azərbaycanın tranzit potensialı daha da yüksələcək. Zəngəzur dəhlizi "Bir kəmər, bir yol" layihəsinin əhəmiyyətli kommunikasiya hissəsinə çevriləcək. Azərbaycanın qlobal nəqliyyat şəbəkəsinin inkişafı istiqamətində atdığı addımlar dünyada iqtisadi əməkdaşlığın genişlənməsinə əlavə təkan və töhfə verəcək", - deyə S.Mikayılova əlavə edib.