01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
Mehriban Əliyeva Vardis Vardinoyannis ailəsinə başsağlığı verib
VETENİM-AZERBAYCANDIR.AZ
Birinci vitse-prezident Mehriban Əliyeva Vardis Vardinoyannis ailəsinə başsağlığı verib.
VETENİM-AZERBAYCANDIR.AZ AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:
"Səmimi dostum, əziz və dəyərli insan olan Mariannanın vəfatı məni dərindən sarsıtdı. Yaxın insanı itirmək ağrısı heç nə ilə müqayisə oluna bilməz.
Qəlblərimizi dolduran bu kədər hissini ifadə etməyə söz tapmaq çətindir.
Görkəmli ictimai xadim, vəfalı ömür-gün yoldaşı, etibarlı dost - Marianna onu tanıyanlar üçün xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət rəmzi idi.
O, parlaq, çalışqan, təşəbbüskar, insanların ağrı-acısını dərindən hiss etməyi bacaran əvəzsiz şəxsiyyət olaraq yaddaşlarda qalacaqdır.
Marianna Vardinoyannis həm də Azərbaycanın səmimi dostu idi. Təsadüfi deyil ki, onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edilmişdir.
Marianna ilə görüşlərimiz zamanı yaratdığı sevgi dolu, xoş və unudulmaz xatirələr daim qəlbimdə yaşayacaqdır.
Bu ağır günlərdə dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm".
VETENİM-AZERBAYCANDIR.AZ