01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
Cavid Musayev: Azərbaycan ilə Türkiyə informasiya məkanında biri-birinə dəstək olan dost və qardaş ölkələrdir
VETENİM-AZERBAYCANDIR.AZ
Layihənin üstünlüklərindən biri odur ki, ilk dəfə olaraq Azərbaycan xəbər lenti Türkiyənin nəhəng media portalında yerləşdirilir.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən bildirir ki, təqdimat mərasimində Trend BiA və DHA informasiya agentliyinin rəhbər heyəti, rəsmi şəxslər, xarici və yerli media nümayəndələri iştirak edib.
Açılış zamanı çıxış edən Trend BİA-ın direktor müavini Sahil Kərimli bildirib ki, Trend Beynəlxalq İnformasiya Agentliyi daim beynəlxalq əməkdaşlığı genişləndirir, xüsusilə də qardaş Türkiyə ilə media sahəsində işbirliyinə böyük önəm verir.
Tədbirdə çıxış edən Prezident Administrasiyası Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Azərbaycan ilə Türkiyə daim birlikdə addımlayan, informasiya məkanında da biri-birinə dəstək olan dost və qardaş ölkələrdir. C.Musayev vurğulayıb ki, 44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyə Azərbaycana hərtərəfli dəstək göstərib. İnformasiya cəbhəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdrılmasında Türkiyə mediası böyük rol oynayıb.
C.Musayev qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladığı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu" ölkələrimiz arasında media əlaqələrinin möhkəmləndirilməsinə ciddi təkan verib.
"Bu xüsusda rəsmiləşən Ortaq Media Platforması Azərbaycan və Türkiyənin haqq səsinin bütün dünyaya çatdırılmasına şərait yaradıb. Azərbaycan və Türkiyə arasında bir sıra əməkdaşlıqlar mövcuddur və bu proses yüksələn xəttlə davam edir. İki ölkə arasında media sahəsində sıx əməkdaşlıq əlaqələri qurulur. Sevindirici haldır ki, Trend İnformasiya Agentliyi bu istiqamətdə çox böyük uğurlara imza atır. Yeni yaradılan "DHA press" bu əlaqələrin inkişafına növbəti töhfədir. Platforma Azərbaycan və Türkiyə xəbərlərinin, haqq səsimizin dünyaya çatdırılmasında mühim rol oynayacaq",- deyə C.Musayev qeyd edib.
VETENİM-AZERBAYCANDIR.AZ