01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
Alban-Udi Dini İcması və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dlı etüd-sərgi və Udi İcması ilə görüş təşkil olundu.
VETENİM-AZERBAYCANDIR.AZ
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş YAP Yasamal rayon təşkilatı, Yasamal rayon Heydər Əliyev Mərkəzi, Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Alban-Udi Dini İcması və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə "Vətənpərvərlik etüdləri" çərçivəsində "Qəbələ mənzərələri" adlı etüd-sərgi və Udi İcması ilə görüş təşkil olundu. Layihə və etüd rəhbəri Aygün Əzizovanın olduğu 25 nəfərlik rəssam heyəti etüddə iştirak edirdi . Öncə etüd iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər . Abidə önünə tər gül dəstələri qoyulub Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinə dualar oxundu. Yasamal Rayon Heydər Əliyev mərkəzində baş tutan 100 illik sərgi-müsabiqədə qalib olan rəssamların əsərləri Qəbələ şəhər Heydər Əliyev Mərkəzində sərgiləndi. Sərgidə qonaq qismində Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov da iştirak edirdi.
Sonra etüd iştirakçıları Udi icması ilə görüşə yollandı. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilli və icma nümayəndələri etüd iştirakçılarını yüksək qonaqpərvərliklə qarşıladılar.
Robert Mobilli Udi icmasının fəaliyyətindən, dövlət qayğısından bəhs etdi.
Etüd də iştirak edən Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bu görüşlərin Azərbaycan multikulturalizminə, tolerantlığına töhfə olduğunu bildirib bu cür görüşlərin gənclərin dünya görüşünün inkişafında, vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını nəzərə çatdırdılar. Etüd iştirakçılarına uğurlar arzuladılar . Qonaqlara ziyarət zamanı Müqəddəs Yelisey ( Cotari ) adına Alban kilsəsi və Müqəddəs Məryam ( Bulun ) adına Alban Kilsəsi haqqında geniş məlumat verildi. Etüd Müqəddəs Yelisey ( Cotari ) adına Alban Kilsənin ərazisində baş tutdu. Rəssamlar multikulturalizmin mənbəyi olan Azərbaycanın və Qəbələ şəhərinin gözəlliklərini kətana köçürdülər. Etüdlər açıq havada sərgiləndi və rəssamlar diplomlarla təltif olundular. Rəssamlar tərəfindən xatirə olaraq çəkilən etüdlər Alban-Udi Xristian dini icmasına hədiyyə olundu.
Etüd iştirakçıları nahar süfrəsində Udi mətbəxinin əsrarəngiz təamlarından daddılar. Sonda xatirə fotoları çəkildi .
Müxbir : Əfsanə Əliyeva
Fotoqraf: Xatirə Məmmədova
VETENİM-AZERBAYCANDIR.AZ