01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
"İlham Əliyev bununla demək istəyir ki, biz ərazimizin hər qarışını sizdən təmizləyəcəyik"
VETENİM-AZERBAYCANDIR.AZ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 20-də Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub.
Prezidentin Xocalı səfəri haqqında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov danışdı.
Deputat bildirdi ki, bu, prezidentin Xocalının azad olunmuş kəndlərinə ilk səfəridir.
“Çanaqçı və Sığnaq kəndləri dağlıq ərazidə yerləşən çox gözəl bir yaşayış məntəqələridir, eyni zamanda çox əhəmiyyəti var. Həm də hərbi strateji əhəmiyyəti çox böyükdür. Ora Şuşaya çox yaxın kəndlərdir, eyni zamanda yüksəklikdə yerləşirlər və oradan Xankəndi əl içi kimi görünür. Cənab Prezidentimiz bununla demək istəyir ki, biz ərazimizin hər qarışını sizdən təmizləyəcəyik və ərazimizin hər yerinə belə səfərlərimiz təşkil olunacaq. Necə ki, azad olunmuş yerlərdə tikinti, inşaat, bərpa işləri, abadlıq işləri aparılır, həmin kəndlərdə də bu işlər görüləcək. Hesab edirəm ki, işğalçılar, separatçılar bundan ciddi nəticə çıxartmalıdırlar. Xocalının təkcə o bir neçə kəndini yox, bütün Xocalı, Xankəndi, Ağdərə, Xocavənd, hamısını biz separatçılardan təmizləyəcəyik və doğma yurd yuvamıza qayıdacağıq", - deyə E.Məmmədov vurğuladı.
VETENİM-AZERBAYCANDIR.AZ