Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ağdam yolunda rəzil şou: erməni xəstəliyi müalicə olunmur

Ağdam yolunda rəzil şou: erməni xəstəliyi müalicə olunmur
19-07-2023, 15:18 172 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Dünən Ağdam-Əsgəran yolunda baş verənlər ermənilərin onsuz da şikəst tarixlərinə zülmətdən qara hərflərlə yazılacaq. Olmayan maşın karvanının qarşısını almaq üçün yolu bağlayan erməniləri elə öz soydaşları "axmaq, təlxək və yaramaz" adlandırdılar
Əmir Kusturitsa və ya Federiko Fellininin belə həsəd apara biləcəyi mizansəhnələr dünən Ağdam-Əsgəran yolunda yaşanıb.
Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealda yaşayan ermənilər dünən Əsgəran yaxınlığında yola çıxıblar. Onlar yolu üç beton blokla bağlayıblar, əllərində tutduqları plakatları yellədiblər və bəyan ediblər ki, ölərlər, amma Ağdamdan Əsgərana maşın karvanının keçməsinə imkan verməzlər.
Aksiyaya səbəb qarabağlı ermənilər arasında ildırım sürətilə yayılmış iddia olub. Həmin iddiaya görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xüsusi avtomobil karvanı Ağdam şəhərindən Xankəndinə ərzaq, dərman preparatları, yanacaq və s. yüklü olub.
Xankəndindəki separatçı rejimə təzyiqlər göstərən və qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reintqerasiyasına hər vəchlə maneələr yaradaraq vəziyyəti gərginləşdirməyə çalışan Ruben Vardanyan aksiyanın bilavasitə təşkilatçısı idi.
O, Xankəndindəki mitinqdən və şəhərin mərkəzindəki meydanda başlanmış, çadırlar quraraq oturaq etiraz aksiyası keçirən yerli ermənilərin də siyasi fəallığını maliyyələşdirdiyini etiraf edib. Halbuki həmin "fəallıq" Vardanyanın merkantil maraqlarının təminatı, separatizmin aktivləşdirilməsi və faktiki olaraq Bakıya meydan oxumaqdan ibarətdir.
Məhz R.Vardanyanın əlaltılarından olan, özünü "Gənclərin "Vernatun" Analitik Mərkəzi"nin təsisçisi və rəhbəri adlandıran Arşak Abramyan aksiyaya rəhbərlki edirdi.
"Biz Azərbaycanın bizə bu yolla məhsul və mal verməsinə qətiyyətlə etiraz edirik. Dəxli yoxdur nədir - "humanitar yardım" və ya çox aşağı qiymətə ticarət. Aydın şəkildə demişik ki, bu, bizim üçün "qırmızı cizgi"dir. Qarabağlı ermənilər sosial və iqtisadi əlaqələrini yalnız Ermənistanla gerçəkləşdirməlidir", - A.Abramyan deyib.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI