21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
“Brüsseldə keçirilən görüşdə Azərbaycanın mövqeyi yenə də dəstəkləndi”
VETENİM-AZERBAYCANDIR.AZ
“İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirilmiş sayca altıncı görüşün yekunları da təsdiqlədi ki, ölkəmizin ərazi bütövlüyünü təhlükəsizliyinin təmin olunması etibarlı əllərdədir. Dövlət başçımızın polad iradəsi, uzaqgörən siyasəti və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində həyata keçirdiyi siyasi kurs artıq beynəlxalq aləmdə, o cümlədən Ermənistan tərəfindən də qəbul edilir. Bir neçə gün əvvəl Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələri də bundan xəbər verir. Ermənistanın baş naziri həmin görüşdə Azərbaycanın 86,6 min kvadrat-kilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını bir daha qəti şəkildə təsdiqlədi”.
Bu fikirləri açıqlamasında Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Budəfəki görüşün nəticələrindən söhbət açan Ç.Qənizadə deyib ki, bir-birinin ardınca şahid olduğumuz diplomatik uğurlar Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsindən xəbər verir. Ermənistan rəhbərliyi Azərbaycanın irəli sürdüyü bütün təkliflərlə razılaşmaq məcburiyyətindədir. Çünki dövlət başçımız tərəfindən irəli sürülən təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. İşğalçı ölkə üzərindəki tarixi Qələbədən sonra Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada, həmçinin sərhəddə intensiv keçirilən görüşlərdə ölkəmizin diplomatik uğurlarının şahidi olduq. Brüsseldə keçirilən altıncı görüş bu uğurların davamıdır.
Ç.Qənizadə deyib ki, üçtərəfli görüşdə sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi” əsas kimi qəbul edilib. Hər iki ölkənin lideri bu sənədə sadiqliklərini bir daha təsdiq ediblər. Bununla yanaşı, sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilməsi də ümidverici haldır. Ən əsası hər iki dövlət başçısı komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər. Ümumiyyətlə, sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Bu məsələlər dövlətimizin başçısı tərəfindən dəfələrlə qaldırılıb. Mühüm məsələlərdən bir də humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivinin müzakirə mövzusu olmasıdır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu təklifi dəstəkləməsi Azərbaycanın növbəti uğurudur. Çünki nəzərə almaq lazımdır ki, Şarl Mişel Avropa İttifaqının adından çıxış edir.
Qarabağda yaşayan erməni əsilli sakinlərin ölkəmizin tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması ilə əlaqədar məsələdən söhbət açan hüquq müdafiəçisi deyib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi bizim daxili işimizdir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Komitə sədri görüşdə Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsinin də müzakirə edilməsini növbəti uğur kimi dəyərləndirib: “Çoxsaylı tarixi sənədlər, xəritələr, qədim tariximiz də təsdiqləyir ki, Qərbi Azərbaycan bizim əzəli torpağımızdır. Ermənilər Qarabağda olduğu kimi, orada da tarixi-dini abidələrimizi yerlə-yeksan etməklə, xəritələri saxtalaşdırmaqla azərbaycanlıların tarixi irsini silməyə çalışıb, həmin ərazilərin ermənilərə məxsus olduğunu sübut etmək istəyib, lakin buna nail ola bilməyiblər”.
Ç.Qənizadə deyib ki, Avropa İttifaqı və ABŞ-ın Azərbaycanın təşəbbüslərini dəstəkləmələri Ermənistanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan artıq Cənubi Qafqazda sülh və sabitliyin təminatçısı kimi qəbul edilir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Üçtərəfli Bəyanatın 4-cü bəndində göstərildiyi kimi, qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidirlər. İstər Vaşinqton, istərsə də Brüssel formatında məhz həmin 4-cü bəndin təcili icra olunması məsələsi əsas müzakirə mövzusudur.
“Mən Brüsseldə keçirilən növbəti üçtərəfli görüşün nəticələrini yüksək qiymətləndirirəm. Bu dəfə görüş müzakirə mövzusu baxımından daha zəngin oldu. Çünki suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, kommunikasiyalar, humanitar yardımlar, hüquqlar və təhlükəsizliklər, saxlanılanların, yəni ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Ümid edirik ki, bu istiqamətdə irəliləyişlərin şahidi olacağıq”, - deyə Ç.Qənizadə bildirib.
VETENİM-AZERBAYCANDIR.AZ