01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
KOBİA-ya Qarabağda biznes fəaliyyəti ilə bağlı 1400-dən yuxarı müraciət daxil olub
VETENİM-AZERBAYCANDIR.AZ
Bugünədək KOBİA-ya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlar tərəfindən 1493 müraciət daxil olub
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının Bakıda keçirilən 35-ci iclasında deyib.
Onun sözlərinə görə, bunlardan 490-ı dünyanın 37 ölkəsindən xarici şirkətlərdir.
"Azərbaycanın işğaldan azad edilmiş əraziləri də geniş imkanlar açır və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) üzv ölkələrindən gələcəkdə Qarabağ regionunda sahibkarlıq fəaliyyəti göstərmək istəyən investorların sorğularını koordinasiya etməyə hazırıq. Bu baxımdan qeyd etmək istəyirəm ki, Agentliyimizin işğaldan azad edilmiş ərazilərdə fəaliyyəti üç əsas istiqamətdə həyata keçirilir: yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq; yeni müəssisələrin yaradılması ilə bağlı sorğuları toplamaq; biznes üçün ilkin infrastrukturun yaradılmasını dəstəkləmək", - deyə o vurğulayıb.
Qeyd edək ki, 17 iyul 2023-cü il tarixində Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb.
İclasda 20 üzv ölkədən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir də daxil olmaqla bir sıra ölkələrdən geniş tərkibli nümayəndə heyətləri və sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzularda panel müzakirələrdə, ölkələrin iqtisadi potensialının təqdimatlarında və B2B formatında görüşlərdə iştirak edəcək, bir sıra iri kənd təsərrüfatı müəssisələrinə baş çəkəcək və əməkdaşlıq barədə bir sıra sənəd imzalayacaq.
VETENİM-AZERBAYCANDIR.AZ