Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənilər 2025 ŞOKU yaşayır - Ruslar Qarabağdan çıxsa...

Ermənilər 2025 ŞOKU yaşayır - Ruslar Qarabağdan çıxsa...
13-07-2023, 21:06 122 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Dünən Türkiyə prezidenti Ərdoğan, əslində, Türkiyə-Azərbaycan tərəfinin Rusiyadan nə gözlədiyini açıq şəkildə söylədi.
“Razılaşma ondan ibarətdir ki, Rusiya 2025-ci ilə qədər Qarabağda qalacaq. İnanıram ki, Rusiya bu razılaşmaya sadiq qalacaq. Qardaşım İlham Əliyev də bu məsələni diqqətlə izləyir”.
VETENİM-AZERBAYCANDIR.AZ Ermənistan mediasına istinadən xəbər verir ki, Ərdoğanın bu sözləri yerli türkoloq Varujan Qeqamyanın yazısında sitat olaraq yer alıb.
“Təxmin etdiyiniz kimi, Türkiyə və Azərbaycan 2025-ci ildə Rusiyanı Qarabağdan sıxışdırıb çıxara bilsələr, Qarabağın ermənilərlə bağlı tarixinin son səhifəsi də bağlanacaq. Bundan sonra Türkiyə-Azərbaycan qüvvələri bütün imkanlarını Sünik və Vayots Dzorun (Dərələyəz mahalı - red.) zəbtinə cəmləyəcəklər. Bu baxımdan onlar 2,5 ildir ki, strateji əhəmiyyət kəsb edən ərazilərin genişləndirilməsindən tutmuş, daxili qoşunların hazırlanmasına qədər genişmiqyaslı addımlar atırlar.
2025-ci il Ermənistan üçün dönüş nöqtəsi olacaq – ya faktiki türkyönlü hökuməti aradan götürüb tamhüquqlu yeni xarici və müdafiə strategiyası qurmaq mümkün olacaq, ya da fəlakət ən geridönməz nəticələrlə daha da pisləşəcək. 2025-ci ilə 2,5 il qalıb. Əslində, daha az”, - deyə erməni ekspert bildirib.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI