21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Ceyhun Bayramov: “Ağdamın, Qarabağın dirçəldilməsi ölkəmizin bir nömrəli məqsədidir”
VETENİM-AZERBAYCANDIR.AZ
“Prezident İlham Əliyevin dediyi kimi, Ağdamın, Qarabağımızın bərpa edilməsi, dirçəldilməsi, buranı uzun illər Vətən həsrəti ilə yaşayan məcburi köçkünlərimiz və qaçqınlarımız üçün tez və qısa müddət ərzində yenidən gözəl bir yaşayış məkanına çevirmək ölkəmizin bir nömrəli məqsədidir”.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib.
“İki gün bundan əvvəl Prezident İlham Əliyev 2023-cü ilin ilk altı ayının ölkəmizin sosial-iqtisadi inkişafının nəticələrinə dair çox önəmli yeni mesajlar verdi. Mesajlar ondan ibarət oldu ki, Azərbaycan dövlətinin çox böyük potensialı var. Azərbaycan dövləti ən yüksək standartlarla Qarabağımızı bərpa etməyə qadirdir, bunu tez bir zamanda, keyfiyyətlə edəcək. Buna nə qədər resurs lazımdırsa, Azərbaycan dövləti bunu əsirgəməyəcək. 2023-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafı buna imkan verdi. Dövlət büdcəsinə yenidən baxıldı. Prezidentin qeyd etdiyi kimi, dövlət büdcəsinin artırılan 3,1 milyard manatının mütləq əksəriyyəti Qarabağın dirçəldilməsinə və ordu quruculuğuna yönəldiləcək”, - deyə xarici işlər naziri qeyd edib.