Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"ELƏ VARLIĞINÇUN SAĞ OL ƏZİZİM!"

"ELƏ VARLIĞINÇUN SAĞ OL ƏZİZİM!"
13-07-2023, 15:43 329 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Elə insanlar var ki, onlar həyatımızda çox önəmli yer tutur. Onların varlığı bizi sevindirir, ruhlandırır, həyat eşqimizi artırır. Belə insanlardan biri də mənim məktəb illərindən tanıdığım, öncə müəlliməm, daha sonra isə mənə çox doğmalaşan,mənə əziz olan insan,çoxunun sevimlisi,nəğməkar şairə Kamalə Abiyevadır. Uşaqlıqdan mən bu gözəl ürəyə,qəlbə sahib insanı özümə ideal saymışam. Hər bir insan müəllim peşəsinə yiyələnə bilər. Amma şagird məhəbbəti, şagird rəğbəti qazanmaq hər bir pedaqoqa nəsib olmur. Kamalə Abiyeva məhz həmən müəllimlərdəndir ki,onu bütün şagirdlər böyük məhəbbətlə sevir. O hər zaman  şagirdlərə qayğıyla,nəvazişlə yanaşıb. Məktəbdə fizika müəlliməm olmasına baxmayaraq, ədəbiyyatı,poeziyanı  mən onun simasında sevib,filoloq ixtisasına yiyələnmişəm.Kamalə Abiyeva çox vətənpərvər insandı. Son illərdə onun şəhidlərimizlə,qazilərimizlə bağlı nəşr olunan kitabları,yazıları,onlarla bağlı keçirilən tədbirlərdə iştirakı buna bariz nümunədir. Kamalə Abiyeva qeyd etdiyim kimi nəğməkar şairədir. Yüzlərlə şeirlərinə mahnı bəstələnib. "Məktəb illəri", "Bu dünyanı nağıl bilək", "Özün günahkarsan","Yağış" və s. mahnılar insanlar tərəfindən çox sevilərək dinlənilir. Onun şeirlərini oxuduqda insanın ruhu dincəlir,mənəviyyatı paklaşır,ülvi hisslərin,duyğuların gözəlliyinə varır insan....
Bu gün bu gözəl,ziyalı xanımın doğum günüdür.
Canım müəlliməm! Yaxşı ki,varsınız! Yaxşı ki, varımsınız! Canınız hər zaman sağlam,ömrünüz uzun, mənalı,sevgi dolu olsun! Yazın,yaradın, təqdimatlar tez- tez keçirin və heyranlarınızı,poeziya vurğunlarınızı sevindirin. Dünyamızda sizin kimi nurlu,özü gözəl, sözü gözəl, ürəyi gözəl insanlar nə qədər çox olarsa,həyat bir o qədər gözəl,mənalı olar!
Məşhur şeirinizin bir misrasını elə özünüzə də şamil edirəm:





 Filoloq yazar Fəridə Bayramzadə 


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI