21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
BAAU-nun “Ərəbşünaslıq Mərkəzi” Səudiyyə Ərəbistanına həsr olunmuş tədbir təşkil etdi
BAAU-nun “Ərəbşünaslıq Mərkəzi” Səudiyyə Ərəbistanına həsr olunmuş tədbir təşkil etdi
BAAU-nun “Ərəbşünaslıq Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı ilə “Səudiyyə Ərəbistanının tarixi və ədəbiyyati” mövzusunda tədbir keçirilib. Tədbirdə BAAU, BDU, ADU-nun ərəbşünas tələbə və müəllimləri iştirak ediblər. “Ərəbşünaslıq Mərkəzi”nin Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova açılış nitqində bildirib ki, Səudiyyə Ərəbistanı olduqca maraqlı ölkədir. Bizi bu dövlətlə çox güclü mənəvi tellər bağlayır. Ona görə də Səudiyyə Ərəbistanının tarix və ədəbiyyatının öyrənilməsi tələbələrin çoxsaylı suallarına əsaslandırılmış cavab olacaq. Həm də Səudiyyə Ərəbistanının yaxından öyrənilməsi xalqlarımız və cəmiyyətlərimiz, eləcə də ziyalılarımız arasında anlaşmanı daha da dərinləşdirəcək.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. G.Qafqazlı məruzəsində qeyd edib ki, İslam dini təşəkkül tapanadək Ərəbistan yarımadasında ərəblərin əksəriyyəti bidətçi idi. Onlar müxtəlif təbiət hadisələrinə, ağaclara, taxtalara, su quyularına, səma işıqlarına, daşlara və digər əşyalara itaət еdirdilər. Bu qədim ərəb bütpərəstliyini ərəblər sonralar “cahiliyyə dövrü” adlandırıblar. O daha sonra bu ölkənin ədəbiyyatı haqqında danışaraq bildirib ki, Həssan ibn Sabit, Kəb ibn Züheyr, Abdulla ibn Rəvahə, Kəb ibn Malik kimi tanınmış şairlər Həzrət Peyğəmbərin və İslamın mədhinə həsr olunmuş ilk qəsidələr yazaraq çoxəsrlik bir ənənənin əsasını qoyurlar. İslamın sosial-siyasi mövqeyinin möhkəmlənməsinə xidmət edən bu növ şeirlər "əl-madih ən-nəbəvi", yaxud "şiir ən-nə`t" adlanır. Həssan və Kəbin çoxsaylı ardıcılları tərəfindən Həzrət Peyğəmbərin şərəfinə yazılan qəsidələr ərəb dini şeirinin əlahiddə bir qol kimi təşəkkül taparaq yayılmasında mühüm yer tutur.
G.Qafqazlı daha sonra Səudiyyə dövlətinin yaranması və inkişaf tarixi barədə də iştirakçılara ətraflı məlumat verib. Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi və müzakirələr aparılıb, iştirakçıların suallarına cavab verilib.
Nərmin Əzimli VETENİM-AZERBAYCANDİR.AZ