Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İrəvan dediyinə özü inanır? - Bakı o şansı bir də verməyəcək

İrəvan dediyinə özü inanır? - Bakı o şansı bir də verməyəcək
12-07-2023, 11:56 136 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda bir çox məsələlərin hələ də həll olunmadığını bəyan edib, lakin əmin edib ki, İrəvan sülh gündəmi məsələsində qərarlıdır.

ABŞ-da işgüzar səfərdə olan Armen Qriqoryan bildirib. Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistan sülh sazişinin tezliklə imzalanması üçün imkanların yaradılmasında maraqlıdır. Onun fikrincə, regionda sabitlik və sülh Ermənistanın suverenliyinə və müstəqilliyinə kömək edəcək və ölkənin demokratiyasını qoruyacaq.

Maraqlısı burasındadır ki, Qriqoryanın dedikləri ilə Ermənistanın bu günkü gün etdikləri heç də üst-üstə düşmür. Sülh istəyən dövlət nəyə görə Azərbaycanla sərhəddə və digər istiqamətlərdə (Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında) mövqelərimizi atəşə tutur, uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərir? Demək ki, erməni tərəfi növbəti təxribat hazırlığı görür, bölgədə növbəti eskalasiya hazırlığını davam etdirir.

Bunu elə Laçın sərhəd uraxılış məntəqəsində sərhədçimizə açılan atəş də təsdiq edir ki, rəsmi İrəvan kənar qüvvələrin təkidi ilə sülhdən qaçmaq siyasətindən hələ də əl çəkməyib və Ermənistan daxilində revanşist qüvvələrin sülhə mane olmaq cəhdləri səngimək bilmir. Bunun qarşısını almağın çox sadə üsulu var:

- Ya Ermənistan rəhbərliyi iradə, qətiyyət nümayiş etdirib ona kənardan olan bütün təzyiqlərə qarşı çıxaraq Azərbaycanla sülh sənədinə imza ataraq, regional təhlükəsizliyə tphvə vermək niyyətini ortaya qoymalıdır.

- Ya da Azərbaycan təhlükəsizliyinə, ərazi bütövlüyünə təhdid olan qeyri-qanuni erməni silahlı birləşmələrini və hələ də Qarabağda mövcud olduğu son "Qisas 2" əməliyyatı ilə təsdiqini tapan Ermənistan hərbçilərini iti qovan kimi növbəti hərbi əməliyyatla qovub, Qarabağdan çıxarmaq missiyasını öz üzərinə götürməlidir.
Ətraflı

Qriqoryanın dediyi kimi, əgər həqiqətən də Ermənistan hakimiyyəti, Nikol Paşinyan və komandası bölgədə sülh, sabitlik istəyindədirsə, birincini (Ermənistan rəhbərliyi iradə, qətiyyət nümayiş etdirib ona kənardan olan bütün təzyiqlərə qarşı çıxaraq Azərbaycanla sülh sənədinə imza ataraq, regional təhlükəsizliyə töhvə vermək niyyətini ortaya qoymalıdır) seçməklə həm özlərini, həm də blgəni növbəti hərbi toqquşlamardan xilas edə bilər.

Əgər Ermənistan düşünürsə ki, reallığı əks etdirməyən bu cür bəyanatlarla Azərbaycandan vaxt qazanacaq, Bakının diplomatik masada hər hansı bir səhv buraxmasına nail ola biləcək, postkonflikt reallığını dəyişə biləcək, yenidən yanılmış olur. Çünkü bununla bağlı ötən gün Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha açıq şəkildə bəyan etdi ki, sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır: "Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər".

"Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb", - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.

Danışıqlar prosesində müsbətə doğru hərəkət olması, Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması və sərhədlərini qəbul etməsi məsələsində Ermənistan bu nöqtəyə öz xoşu ilə gəlməyib, Azərbaycanın ardıcıl, prinsipial siyasi xətti, təzyiqləri onu buna məcbur edib.

Əgər Nikol Paşinyan, A.Mirzoyan, A.Qriqoryan və digər Ermənistan hakimiyyətinin təmsilçiləri hesab edirlərsə ki, beynəlxalq ictimaiyyətl yanaşı Azərbaycanı da bu cür boş vədlərlə aldadıb daha çox vaxt qazanmaq mümkün olacaq, yanılırlar. Çünkü rəsmi İrəvanın bu cür destruktiv siyasəti ilə qazanacağından çox itirəcəyi dəqiqdir. Yaxşı olar ki, rəsmi İrəvan nəhayət manipulyasiyalardan əl çəkib, konstruktivlik ortaya qoyaraq, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi nəhayət sülhlə bağlı bu cür bəyanatları kağız üzərində də təsdiqləsin.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI