Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakının mövqeyi İran bazarlarına təsir etdi - Qiymətlər düşdü

Bakının mövqeyi İran bazarlarına təsir etdi - Qiymətlər düşdü
12-07-2023, 10:31 152 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Son vaxtlar İran və Azərbaycan arasında gərginliyin azaldılması və Azərbaycan xarici işlər nazirinin müsbət açıqlaması İran bazarında xarici valyuta, qızıl sikkə və səhmlərin qiymətlərinin azalmasına gətirib çıxarıb.

VETENİM-AZERBAYCANDIR.AZ  Trend-ə istinadən bildirir ki, bu haqda İranın Ecoİran saytı məlumat dərc edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 9 iyulda bildirib ki, İran tərəfindən fikir ayrılıqlarının götürülməsi istiqamətində ciddi addımlar atmaq niyyətini görürük. Belə olan təqdirdə Azərbaycanda adekvat, qarşılıqlı addımlar atacaq.
Bu açıqlama İran bazarında müsbət təsiri ilə iqtisadi inkişaf və xarici gəlirlə İranın valyuta bazarında xarici valyutanın qiymət artımını dayandırmaq və azaltmaq istiqamətində dəyərləndirilə bilər.
Belə ki, 9 iyulda 1 ABŞ dolları qara bazarda 500 min rial civarında idisə, bu gün (12 iyul) 1 ABŞ dolları 493 min rial təşkil edir. 9 iyulda İran bazarında 1 qızıl sikkə 285 milyon rial (təxminən 6,785 dollar) idisə, ötən gün (11 iyul) 1 qızıl sikkə 278 milyon riala (təxminən 6,619 dollar) təşkil edib. Eyni zamanda İranın səhmlər bazarında da səhmlərin qiymətlərinin azaldılması müşahidə olunmaqdadır.
Azərbaycan İranın şimal-qərb qonşusudur və Rusiya-Ukrayna konflikti başlandıqdan Rusiya və İranın ticarət proqramının bir hissəsi olub. Rusiya İranda ən böyük xarici investordur və dəmiryolu vasitəsi ilə İran daxilindən Hindistana məhsul ixracını həyata keçirmək niyyətindədir. Rus ekspertlər proqnoz edirlər ki, İran və Rusiyanın ticarət dövriyyəsi 30 milyard dollardan çox ola bilər. Rusiyanın İranda investisiyanın bir hissəsi dəmiryolu xəttinin tikintisi ilə əlaqədardır. Hansı ki, həmin dəmiryolu Azərbaycanı İranın cənubuna birləşdirir və Rusiyanın Hindistana məhsul ixracını asanlaşdıra bilər. Belə bir şəraitdə İran və Azərbaycan arasında ixtilafların artması da Hindistanla ticarət üçün Rusiya və İranın ticarət proqramına maneə ola bilərdi.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfi 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin - Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt - Astara dəmir yolu tikilməlidir.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI