Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BQXK özbaşınalıq edərək çirkin məqsədlərə xidmət edir - Sahil Kərimli

BQXK özbaşınalıq edərək çirkin məqsədlərə xidmət edir - Sahil Kərimli
11-07-2023, 14:12 108 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsindəki fəaliyyəti ciddi narahatlıqlar doğurur. Təşkilat öz səlahiyyətlərindən istifadə edərək qaçaqmalçılıqla məşğul olub və bu neqativ hallar Azərbaycan dövlətinin maraqlarına, ərazi bütövlüyümüzə açıq hörmətsizlikdir.

Bu fikirləri açıqlamasında siyasi şərhçi, Trend BİA-ın direktor müavini Sahil Kərimli deyib.

S.Kərimli bildirib ki, Azərbaycan tərəfi suveren ərazilərimizdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə yalnız humanitar məqsədlərlə fəaliyyətə icazə verir və təşkilatın fəaliyyətinə kifayət qədər şərait yaradılır. Bunun üçün təşkilatın Bakı ofisi var və Azərbaycanın Qarabağ bölgəsində sərbəst fəaliyyət göstərə bilər.
Ətraflı

"Lakin hazırkı fəaliyyəti BQXK-nin Ermənsitanda yerləşən nümayəndələri həyata keçirir. Onların Qarabağ bölgəsinə gediş gəlişinin heç bir hüququi əsası yoxdur. Görünən odur ki, BQXK özbaşınalıq edərək çirkin məqsədlərə xidmət edir. Son rəsmi məlumatlardan da görünür ki, təşkilat uzun müddətdir Ermənistandan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə gizli yüklər daşıyır. Böyük ehtimal ki, bu yüklərin içərisində qanunsuz silah-sursat da olub. Artıq şübhə yoxdur ki, Ermənistandan Azərbaycan ərazisinə gizli şəkildə hərbi ləvazimatlar daşınıb. Bu kimi hallar ciddi qanun pozuntusudur və dərin təəssüf doğurur. Çünki, BQXK-nin əsas məramı humanitar yardımlar daşımaq və xoş niyyətli fəaliyyət göstərmək olmalıdır. Lakin, biz bunun əksini müşahidə edirik", - deyə o, əlavə edib.

Onun sözlərinə görə, təşkilat bununla öz nufuzuna xələl gətirir, beynəlxalq aləmdəki imicinə zərər vurur. Bütün bunlar dözülməz haldır. Daha bir qəbuledlməz hal isə təşkilatın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana düşmənçilik bəsləyən ölkələrin vətəndaşlarının olmasıdır.

"Həmin şəxslər əlbəttə ki, öz fəaliyyətlərində bu düşmənçiliyi əsas götürür, ölkəmizin milli maraqlarına zərbələr vurmağa çalışırlar. Heç kim zəmanət verə bilməz ki, bu şəxslər ərazilərimizdə sərbəst hərəkət edərək gizli vasitələrlə hərbi məlumatları düşmən tərəfə ötürmür. Bütün bunları nəzərə alaraq demək olar ki, BQXK-nin bu yaramaz fəaliyyəti ilə bağlı ciddi ölçü götürülməlidir. İnanırırq ki, Azərbaycan dövləti tezliklə məsələ ilə bağlı öz qətiyyətli mövqeyini nümayiş etdirəcək".


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI