21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi - Fotolar
VETENİM-AZERBAYCANDIR.AZ
Bu gün baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfərdə Naxçıvan Prokurorluğunda baş prokurorun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin I yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə K. Əliyev Heydər Əliyevin Naxçıvan və Azərbaycanda rəhbər vəzifədə olduğu vaxtlarda həyata keçirdiyi siyasi fəaliyyət, həmin dönəm də məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi barədə məlumat verib.
K. Əliyev o cümlədən məhkəmə və hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma proseslərində çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı çıxış edib.
Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşlarının iş şəraitilə yerində tanış olan Baş prokuror Kamran Əliyev "Elektron Prokurorluq İnformasiya Sistemi"nin tətbiqi ilə də yaxından maraqlanıb.
Bundan başqa, Naxçıvan Prokurorluğu və Naxçıvan hərbi prokurorluğuna verilən yeni kriminalistik və xidməti avtomobillərə baxış keçirilib.