Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sergey Lavrov ermənilərə “qardaş” dedi

Sergey Lavrov ermənilərə “qardaş” dedi
24-05-2021, 18:45 289 dəfə baxılıb

“Ermənistanla ən yüksək və digər səviyyələrdə misilsiz siyasi dialoq qurulub”.
“Arqumentı i Faktı” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Arqumentı i Faktı” qəzetinə verdiyi müsahibədə zamanı “Qarabağdakı silahlı qarşıdurmanın xoşagəlməz nəticəsinə baxmayaraq, Rusiyanın Ermənistanla isti münasibətlərini qoruya bilibmi?” sualına cavab verərkən Lavrov deyib: “Rusiya-Ermənistan münasibətləri zamanın sınaqlarından keçib. Şübhə etmirəm ki, bu münasibətlər qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiq qarşılıqlı təsir ruhunda inkişaf edəcəklər. Ölkəmiz hər zaman qardaş erməni xalqına dayaq olmağa hazırdır. Bunu Rusiyanın, şəxsən prezident Putinin vasitəçilik səyləri sübut edir, Bunun sayəsində 2020-ci ilin payızında Dağlıq Qarabağdakı hərbi qarşıdurmaya son qoyulması və bölgədəki vəziyyətin normallaşması prosesinə başlanması mümkün olub”.
Sergey Lavrov əlavə edib: “Bu gün deyə bilərik ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli açıqlamalarında qeyd olunan üçtərəfli razılaşmaları ümumən uğurla icra olunur. Bu, xüsusən də münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə əlaqədardır. Rusiyanın köməyi erməni dostlarımız tərəfindən yüksək qiymətləndirilir.
Rusiya ilə Ermənistan arasındakı münasibətlərin yalnız Dağlıq Qarabağ problemi ilə məhdudlaşmadığını anlamaq da vacibdir. Ən yüksək və digər səviyyələrdə görünməmiş dərəcədə aktiv və etibarlı bir siyasi dialoq qurduq. Yalnız bu il liderlərimiz iki dəfə görüşüb və bir çox telefon danışıqları olub. May ayının əvvəlində İrəvana səfər etdim. Parlamentlərarası mübadilə aparılır”.
Nazir, həmçinin, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması mənafeyi baxımından Rusiyanın Ermənistana on minlərlə “Sputnik V” peyvəndi çatdırdığını qeyd edib: “Biz əlavə yardım məsələsi üzərində işləyirik. Ticarət və iqtisadiyyat sahəsindəki əlaqələri uğurla inkişaf etdiririk ki, bu da iqtisadi əməkdaşlıq üzrə Rusiya-Ermənistan hökumətlərarası komissiyasının həmsədrlərinin müntəzəm iclasları ilə asanlaşdırılır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI