Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Gecə yarısı xəbər gəldi ki, Azərbaycan PUA-ları...” – Ermənistan baş naziri

“Gecə yarısı xəbər gəldi ki, Azərbaycan PUA-ları...” – Ermənistan baş naziri
20-06-2023, 19:26 130 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Noyabrın 9-u gecə yarısı deyil, noyabrın 8-9-u səhər saatlarında imzaladım. Müharibənin dayandırılması ilə bağlı danışıqları Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparmışam. Noyabrın 8-9-da onunla 20-yə yaxın telefon danışığım olub, bütün müharibə boyu Rusiya prezidenti ilə 60-a yaxın telefon danışığı aparmışam”.
VETENİM-AZERBAYCANDIR.AZ  xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Noyabrın 9-u səhər həmin mətni imzaladım. Sonra məlum oldu ki, Azərbaycan həmin mətni imzalamır və bir sıra yeni tələblər irəli sürür. Prosesin kulminasiya nöqtəsi noyabrın 9-da axşam oldu, o zaman bəlli oldu ki, Azərbaycan praktiki olaraq razılaşdırılmış mətnə yeni əlavələr təklif edir. İmzalanmış mətn dövriyyədən çıxdı, sonra yenidən danışıqlar apardıq. Gecə yarısına yaxın döyüş əməliyyatlarının aktivləşməsi və Xankəndidə səmada çoxlu sayda pilotsuz təyyarələrin olduğu barədə xəbərlər gəlməyə başladı. Sonda çətin, uzun müzakirələrdən sonra hamıya məlum olan sənədi imzaladım”, - baş nazir vurğulayıb.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI