21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
İran Paşinyanı pis vərdişə qurşandırdı - Fransa isə "barıtın" artırır
VETENİM-AZERBAYCANDIR.AZ
Rəsmi İrəvanın indiki hərəkətləri yüksək dozalı narkotikin təsiri altında olan, idarəetməsi tamamilə nəzarətindən çıxan şəxs təsiri bağışlayır. Ermənistana bu yüksəkdozalı «narkotik"i kimlərin verdiyi də sirr deyil. Amma Ermənistanın bu pis vərdişlərdən uzaqlaşması üçün Bakı 10 noyabr üçtərəfli bəyanatdan üzü bu yana da bir xeyli səbr etdi, terapiya məqsədi ilə vaxtaşırı lazımı tədbirlər gördü. Görünən isə odur ki, rəsmi İrəvanın ağlının başına gəlməsi üçün daha sərt metodlardan istifadə zərurəti ortaya çıxacaq.
Ermənistan hərbi-siyasi rəhbərliyi hazırda son aylar ərzində Bakı ilə İrəvan arasında istər XİN rəhbərləri səviyyəsində, istər baş nazirlərin müavinləri çərçivəsində, istərsə də dövlət başçıları arasında keçirilən görüşlər zamanı sülh istiqamətində əldə olunan bütün razılaşmaları pozmaq məqsədi ilə hərbi və diplomatik üsullarla təxribatları intensivləşdirməyə başlayıb.
Bunu Ermənistan tərəfindən mövqelərimizin son günlər həm Naxçıvan, həm də Azərbaycan-Ermənistan sərhəddinin müxtəlif istiqamətlərində törətdikləri hərbi təxribatlarla yanaşı, hakim dairələrin səsləndirdikləri açıqlamalardan da aydın sezmək mümkündür. Naxşıvan son günlər heç vaxt olmadığı qədər intensiv atəşə tutulur, mövqelərimiz iri çaplı müxtəlif silahlardan hədəf seçilir. Bu hadisələri son günlər daha intensiv şəkildə izləməyə başlayırıq.
Digər diqqət çəkən məqam isə Ermənistan hakim dairələrinin səsləndirdikləri açıqlamalaların istiqaməti ilə bağlıdır.
Ermənistan siyasi hakimiyyəti yenidən açıq şəkildə Bakı ilə danışıqları dalana dirəmək, prosesləri ləngitmək məqsədi ilə sülhü sabotaj edəcək bəyanatlar səsləndirirlər. Bu açıqlamaların əsas istiqamətlərindən biri məhz Rusiya üzərindən həyata keçirilir. Belə ki, rəsmi İrəvan artıq nə baş nazir müavinləri arasında əldə olunan kommunikasiyalarla bağlı açıqlamalara məhəl qoyur, nə də rəsmi Moskvanın bu istiqamətdə atdığı addımları, səsləndirdikləri bəyanatları vecə almaq barədə düşünür.
Buna misal olaraq Rusiya Baş nazirinin müavini Aleksey Overçukun üçtərəfli görüşlərin nəticələri ilə bağlı ötən gün səsləndirdiyi müsbət fikirlər, gələcəyə ümidlə baxmağa inam yaradan bəyanatlarının əksinə olaraq bugün Ermənistandan gələn təkzib açıqlamalarıdır. Konkret desək, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bugünkü açıqlamasında bildirib ki, «Ermənistan və Azərbaycan hələ də sülh müqaviləsinin bağlanması üçün bir sıra əsas məsələlər, o cümlədən sərhədin delimitasiyası xəritələri barədə razılığa gəlməyib».
Bu açıqlamadan belə nəticəyə gəlinir ki, rəsmi İrəvan açıq şəkildə həm Vaşinqton, həm Brüssel, həm də Moskvada əldə olunan bütün razılıqların əksinə çıxaraq bu zamana kimi əldə olunan razılıqları pozmağı gözə aldı. Ermənistan tərəfindən bu natamam açıqlamaları edirdən şübhəsiz ki, bəlli dairələr var. İrəvan özünü Rusiyanın orbitindən çıxarmaq üçün xeyli immunitet itirsə də, nəticə etibarı ilə özünü başqa bir hamisinin qolları arasında tapır. Məhz bugün Ermənistanın bu destruktiv yanaşması, xüsusilə də Rusiyanın vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmaları heçə endirmək istiqamətində atılan addımların arxasında İran, Rusiya izini açıq görmək mümkündür.
Üçtərəfli formatda bütün görüşlərdə əldə olunan razılıqlara qarşı çıxaraq, yekun bəyanata zidd fikirlər səsləndirməklə danışıqlar prosesini dalana dirəyən Ermənistana böyük ehtimalla "yağlı" vədlər verilib. Amma İrəvan bir şeyi mütləq hesaba qatmalıdır: Azərbaycan danışıqlar prosesinin effektsizliyini biraz da müşahidə edəcəyi təqdirdə Ermənistan odda yanan tərəf olacaq.
Molla rejimi üçün İrəvanın aqibəti maraqlı deyil. İrana Türkiyə və Azərbaycanın iştirak etdiyi bütün formatları zədələmək lazımdır. İrana bu məsələdə müttəfiq kimi Fransanı göstərə bilərik. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyənin strategiyasını zədələmək missiyasını üzərinə götürən hər iki ölkə bu məsələdə Ermənistanı "piyada" kimi istifadə etmək fikrindədirlər, nəticə etibarı ilə Ermənistanın bundan sonra hansı hallara düşəcəyindən asılı olmayaraq.
Vedi rayonunun Arazdəyən istiqamətindən Naxçıvanın Sədərək rayonundakı mövqelərə atəş açılır. Bu, Azərbaycan və Ermənistan arasındakı davamlı sülhün reallaşmasına risklər yaradır və genişmiqyaslı hərbi eskalasiya üçün zəmin formalaşdırır. Hələlik sərhədin müxtəlif istiqamətləri üzrə elə də yüksək səviyyəli hərbi toqquşmalardan bəhs edə bilmərik, lakin vəziyyət heç də ürəkaçan deyil.
Amma Ermənistanın hamilərinin sifarişi ilə dayanmadan təxribatlar törətməsi eskalasiyanın miqyasını genişləndirə bilər. Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyinə dair məlumatların dolaşması, eləcə də avropalı müşahidəçiləri də bölgədən təcili təxliyə edilməsi bu riskin həddindən artıq böyük olduğunu deməyə əsas verir.
Demək ki, Ermənistan havadarlarının yardımı ilə bütün diqqətini sülh danışıqlarına yox, məhz silahlanıb, Azərbaycana qarşı iri hərbi əməliyyatlara başlamaq istiqamətində planlar qurur. Ehtimal etmək olar ki, Kəlbəcər və Laçın istiqamətindəki təxribatların əsas məqsədi həmən istiqamətlərdə əlverişli mövqelərə çıxmaq, mövqelərini yaxşılaşdırmaqdır.
Amma Naxçıvan istiqamətində songünlər baş verən intensiv təxribatların kökündə böyük ehtimalla dünya ictimaiyyətinin nəzərində Azərbaycan "Zəngəzur dəhlizini hərbi yolla əldə etmək istəyir" görüntüsü yaratmaq dayanır. Bununla da Ermənistan ona havadarlıq edən Fransa başda olmaqla bəzi Qərb ölkələrinin və eləcə də İranın bölgəyə hərbni müdaxiləsinə nail olmaq barədə düşünür.
Ermənistanın şərti ərazisində Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinə nail olmaqla da "Ermənistanın yanında" olduğunu isbatlayan Fransadan bunu görmək təəccübləndirməz. Heç İran da sitisna edilmir. Necə ki, Ərdoğan günlər öncə açıq şəkildə bəyan etdi ki, Zəngəzur dəhlizini ən çox istəməyən dövlətlərdən biri İrandır. Amma bütün bu faktlar əsas vermir ki, adı çəkilən dövlətlər Azərbaycanın suveren ərazisinə müdaxilə etsinlər, legitim haqlarına qarşı cəbhə açsınlar və bunu hərbi yolla ortaya qoysunlar. Çünkü edəcəkləri olarsa, görəcəkləri də mütləq olacaq. Təəssüf ki, Ermənistanın sərhədin müxtəlif istiqamətlərində artıq mövqelərimizi mütəmadi atəşə tutuması vərdiş halını alıb. Bu pis vərdişə Ermənistanı yenidən alışdıran isə molla rejimi və firənglər oldu. Yaxşı olar ki, Ermənistan rəhbərliyi özünü "qurbanlıq qoyun" kimi təqdim etməkdən əl çəkib, öz taleyini kənar qüvvələrin ümidinə buraxmasın. Çünkü artıq bir dəfə Ermənistanın belə bir acı təcrübəsi var.
VETENİM-AZERBAYCANDIR.AZ