Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Hamı başa düşür ki, Azərbaycanla Ermənistan arasında sülhə alternativ yoxdur"

"Hamı başa düşür ki, Azərbaycanla Ermənistan arasında sülhə alternativ yoxdur"
19-06-2023, 10:12 132 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR-.AZ

Hamı başa düşür ki, Azərbaycanla Ermənistan arasında sülhə alternativ yoxdur.
VETENİM-AZERBAYCANDIR-.AZ - ın məlumatına görə, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın TASS agentliyinə müsahibəsində deyib.
"Biz Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu formatında görüş keçirdik və nəticədə hərtərəfli sənəd formalaşdırıldı. Regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən - Culfa - Mehri - Horadiz marşrutu ilə gedəcək dəmir yolunun bərpası ilə başlayacaq və tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirəcək", - Overçuk bildirib.
Onun sözlərinə görə, dünyada müharibə edən tərəflərin danışıqlar masası arxasına əyləşərək, hərbi əməliyyatlar dayandırıldıqdan sonra nəqliyyat əlaqələrinin bərpası haqqında danışmağa başlaması nümunələri tapmaq çətindir.
"Hamı başa düşür ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur və sülhə nail olmağın ən yaxşı yolu insanların bu yolla qarşılıqlı əlaqəsi üçün imkanlar açmaqdır", - Overçuk bildirib.


VETENİM-AZERBAYCANDIR-.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI