21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
"Bütün dünyada qəbul imtahanları yox dərəcəsindədir, bizdə isə daha da qəlizləşdirməyə çalışırlar"
VETENİM-AZERBAYCANDIR.AZ
“İmtahan sistemizin təkmilləşməsinə ehtiyac var. Bugünkü və 30 il davam edən təhsil sistemi bizə istədiyim nəticəni vermədi”.
Bu sözləri keçmiş təhsil naziri Misir Mərdanov mətbuata müsahibəsində bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəylinin fikrincə, imtahan sisteminin təkmilləşdirilməsinə mütəmadi olaraq ehtiyac var, çünki dövr, texnika, əmək bazarının tələbləri daim dəyişir.
“Lakin deyə bilmərik ki, 30 il davam edən imtahan sistemi istədiyimiz nəticəni verməyib. Əksinə, 30 ildən öncə imtahan nəticələri və qəbul planı daha çox tanışlıq və maddi maraq hesabına təmin olunurdu. 1992-ci ildə Vurğun Əyyubun ölkəyə gətirdiyi test sistemindən sonra ən ucqar kəndlərdəki ailələrin övladları da tələbə adını qazanmaq şansı əldə etdi, təhsil ölkənin imkanlı təbəqəsi ilə yanaşı ən kasıb təbəqəsi üçün də əlçatan oldu. Təhsil sistemində yaranan problemlər isə imtahanın nəticələrindən deyil, təhsil sektorların fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsindən asılıdır".
Ekspert qeyd etdi ki, təhsilin keyfiyyətini artırmaq üçün tədrisi bilən və inkişafa proqnoz verə bilən peşəkarların işə cəlb olunması, sistemli və mütəşəkkil iş aparması vacibdir.
“Bizdə əsas problemlərdən biri də odur ki, əksər kadrlar daşıdığı vəzifənin keyfiyyət üçün çalışmır, öz eqosunu təmin etmək üçün çalışır. Əksəriyyət "mən-mən" deyib kimisə qaralamağa çalışır, buna görə də inkişaf getmir. Uzun illərdir Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi arasındakı sağlam olmayan rəqabət və çəkişmənin əziyyətini təhsil sistemi çəkib. Bu gün müasir dünyada təhsilə yönələn qapılar açıqdır. Bütün dünyada qəbul imtahanları yox dərəcəsindədir, ya da çox sadələşdirilmiş şəkildədir. Bizdə isə daha da qəlizləşdirməyə çalışırlar. Niyə? İnsanları təhsildən iyrəndirmək, uzaqlaşdırmaq üçün? Faydalı tələbələri xarici universitetlərə qazandırmaq üçün? Bəli, imtahanları təkmilləşdirmək lazımdır, lakin qəlizləşdirmək yox, sadələşdirmək, təhsilin əlçatanlığını təmin etmək lazımdır”,- deyə Vüsalə Ağabəyli vurğuladı.
VETENİM-AZERBAYCANDIR.AZ