18:15 - Ərdoğan-Tramp əməkdaşlığı Ukrayna müharibəsinə son qoya bilər
18:13 - QMİ sədrinin müavini: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir
18:12 - Fövqəladə hallarda davranış qaydaları ilə bağlı təhsil müəssisələrində tədbirlər keçirilib
18:05 - Azərbaycan neftinin qiyməti 75 dolları keçib
18:03 - Nazir müavini əməkhaqqı və pensiyalardakı artımlardan danışdı
21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
Bu, İranın xəyalıdır, gücü çatmayacaq - Zamani
VETENİM-AZERBAYCANDIR.AZ
İran ərəb ölkələri ilə diplomatik münasibətləri yaxşılaşdırdıqdan sonra Ərəb körfəzində qaz qovşağı yaratmaq fikrini reallaşdırmaq istəyir. On ildən çoxdur ki, mövcud olan bu ideya ərəb ölkələri ilə gərginlik və xarici siyasətdəki yanlışlıqlar səbəbindən baş tutmurdu.
VETENİM-AZERBAYCANDIR.AZ bildirir ki, bu sözləri Axar.az-a güneyli iqtisadçı Sabir Zamani İranın beynəlxalq qaz qovşağı yaratmaq fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran bu qaz qovşağını yaratmaqla bölgədə əhəmiyyətini artırmaq istəyir:
"Dünya qazının 1/3-i Ərəb körfəzindəki Hörmüz boğazından keçir. Dünyanın 25 faiz qazı körfəzdən çıxarılır. Böyük strateji əhəmiyyəti olan bir yerdir. Əgər bir bölgədə enerji dəhlizi varsa, qaz və neft borusu oradan keçir, gəmilərin keçidi üçün boğaz varsa, o yer strateji əhəmiyyətli bir bölgə sayılır. Heç bir ölkə orada müharibə və gərginlik olmasını istəmir. İran da həmin coğrafiyanın strateji önəmini anlayır və öz əhəmiyyətini daha da artırmaq üçün qaz qovşağının yaradılmasına maraq göstərir. Amma ən önəmli məsələ OPEK-dir. Neftlə bağlı tənzimləyici beynəlxalq təşkilat mövcud olsa da, qazla bağlı yoxdur. Yaratmağa çalışırlar. Qaz qovşağının İranın güneyində yaradılması Tehranın rolunu və əhəmiyyətini OPEK-də gücləndirə bilər".
İranın real durumu ilə xəyallarının uzlaşmadığını deyən iqtisadçı bu layihənin tezliklə gerçəkləşməsinin mümkün görünmədiyini bildirib:
"İran hər nə qədər belə bir qovşağın yaradılmasını istəsə də, bunu realizə etmək üçün siyasi və iqtisadi gücü yoxdur. Elə ötən qış aylarında İranın bir çox şəhərində qaz kəsilmişdi. Qazı depolamağa imkanı yox idi. Dünyanın qaz qovşağını necə yarada bilər?"
Sabir Zamaninin bildirib ki, əslində, bu işlərin arxasında dayanan böyük oyuncu İran yox, Çindir:
"Düşünürəm ki, bu məsələni gündəmə gətirən Çin və Ərəbistandır. İrana dəstək verən də onlardır. Həmçinin, İranın Çinlə 25 illik bir razılaşması var. Hətta Ərəbistanın enerji naziri İranın enerji infrastrukturunu gücləndirməyə, ora sərmayə yatırmağa hazır olduqlarını deyib. Bütün bunları nəzərə aldıqda, İranın hədəflədiyi bazarın Çin olduğunu demək olar".
Qeyd edək ki, İranın neft naziri Cavad Ouci Ərəb körfəzi sahillərində Rusiya, Türkmənistan və Qətərin iştirakı ilə beynəlxalq qaz qovşağını yaratmaq istədiklərini deyib.
VETENİM-AZERBAYCANDIR.AZ