Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Heydər Əliyev dedi ki, Tiflisə gedirəm, Simarə qızım da təyyarədə olsun...

Heydər Əliyev dedi ki, Tiflisə gedirəm, Simarə qızım da təyyarədə olsun...
10-06-2023, 19:38 331 dəfə baxılıb

ONDERTV.ORG

“Efirlərimiz gərək bayağı musiqilərə şərait yaratmasın. Televiziyalar bu bayağı musiqilərin qarşısını alarsa, inanıram ki, bizim efirlərimizdə daha sanballı, musiqilər səslənər. Onlar heç vaxt tarixdə qalmayacaqlar. Bayağı musiqinin ömrü 1-2 ildir. Müəyyən bir vaxtda oxuyub, gedirlər. Şan-şöhrət çox insanların başını gicəlləndirir. Ayılanda da çox gec olur” deyə sənətkar bildirib.
 
Xalq artisti efirlərdən narazılıq da edib.


“Aparıcılar bəzən elə yersiz suallar ünvanlayırlar ki. Elə suallar var ki, o Simarə İmanovaya aid deyil. Aparıcılar və jurnalistlər buna diqqət etməlidirlər. Bu baxımdan hər verilişə getmirəm, hər mətbuat orqanına müsahibə vermirəm. O aparıcılar məni heç kimlə səhv sala bilməzlər. Ola bilsin ki, digər sənətçilər üçün bu suallar önəmli deyil, amma mənim üçün çox önəmlidir” deyə xalq artisti bildirib.
 
Xalq artisti ümummilli lider Heydər Əliyevlə bağlı xatirəsini də bölüşüb.
 
“Ulu öndər Heydər Əliyevlə ilk dəfə 1996-cı ildə Mahnı teatrında 8 mart qadınlar günü münasibəti ilə təşkil olunan konsert proqramında görüşmüşəm. Onun qadınlara, analara olan sevgisini, qayğısını bilirdim. “Əsrin peyğəmbəri” adlı mahnımı orada ifa etdim. Konsertdən sonra səhnə arxasına gəlib, məni o ki, var təriflədi. Dedi ki, “sənin çıxışın məni kövrəltdi”. Əvvəlki Mədəniyyət nazirimiz Polad Bülbüloğlu da orada idi. Polad müəllimə dedi ki, “mən sabah Tiflisə gedirəm, Simarə qızımız da mənim təyyarəmdə olsun”. O qədər sadə insan idi ki. Gəlib təyyarədə mənimlə maraqlanırdı, ailəm haqda soruşurdu. Çox xoşbəxtəm və qürur duyuram ki, Heydər Əliyevin dəstəyi, qayğısı ilə sənətə gəlmişəm” deyə sənətkar bildirib.


ONDERTV.ORG

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI