Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si olacaq

Bu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si olacaq
9-06-2023, 12:01 166 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Axundovun bu gün "məhkəmə"si olacaq.

VETENİM-AZERBAYCANDIR.AZ
Trend-ə istinadən bildirir ki, aravot.am-ın yaydığı məlumata görə, "məhkəmə prosesi" Qərbi Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov əsassız iddialarla təqsirləndirilir. O, güya Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini "qətlə yetirib".
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu 2023-cü ilin 10 aprel tarixində Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər də geniş yayılıb.

VETENİM-AZERBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI