Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

17:36 - Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO

17:31 - Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

17:28 - YUBİLEY TƏBRİKLƏRİ.

16:52 - Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

16:26 - Azərbaycan Prezidenti: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”

16:25 - Prezident: “Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri artıq bilirik”

16:23 - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

16:22 - Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

11:45 - Əliyev: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir"

21:20 - RAFİQ MÜƏLLİM 70 İLLİK YUBİLEYİNİZ MÜBARƏK

16:23 - BİZİM DOĞMA TORPAĞIMIZ ZƏNGƏZUR, GÖYÇƏ MAHALI, İRƏVANDIR. İLHAM ƏLİYEV.

16:21 - Verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir

12:32 - Keçmiş məcburi köçkün: “Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram” - FOTO

Hər birimizə məlum olduğu kimi Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak etmişdir.

Hər  birimizə məlum olduğu kimi Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak etmişdir.
30-05-2023, 01:25 121 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Hər  birimizə məlum olduğu kimi Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak etmişdir. Olduğca aktual və gündəmin diqqətində olan bu görüşdə ölkə başçımızın mükəmməl çıxışı olmuşdur. Bütün detalları ilə yaddaşımıza həkk olunan bu çıxışla olduğca vacib məqamlara toxunan ölkə başçımız bir daha ölkəmizin strateji planlarının əsas prioritetinin  humanizm və mükəmməl nəyəticələrə hesablanmasını izah etmişdir. 
Ən böyük amalımız sülh ədalət ölkəsi olmaqdır. 
Sülh gündəliyi isə öz aktuallığını hər zaman qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var.
Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub.
Cənab Prezidentimizin bu görüşünün Moskvada baş tutması və Ermənistan baş naziri ilə dialoqları politoloqların və ictimaiyyətin diqqətindədir və müzakirə olunur. Rusiya Prezidenti Vladimir Putinin  görüşdə iştirak edərək hər iki tərəfin fikirlərini diqqətlə dinləmiş və  öz çıxışında xüsusi olaraq vurğulamışdır.
"Prezident Vladimir Putin: Mən sizin siqnalları gördüm və buna reaksiya verim. Həmkarlar öz mövqelərini söylədilər, qısaca, dürüst ifadə etdilər, bu, onlar üçün vacibdir. Bax, bunu demək istəyirəm. Bu hissənin sonunda mənə elə gəlir ki, biz sizinlə üçümüz hər halda yaxşı bilirik, terminologiya başqa sözlə hüquqi texnikadır, dəhliz, digərləri, digərləri – bu, vacibdir və burada müəyyən ziddiyyət var. Lakin daha vacib olanı indi Sizin - həm Azərbaycan Prezidentinin, həm Ermənistan baş nazirinin dediyi kimi prinsipial məsələ ərazi bütövlüyü məsələsidir. Bu razılaşma prinsipial xarakterlidir. Bu, digər, hər halda ikinci dərəcəli məsələlər üzrə razılığa gəlmək üçün həqiqətən bazadır. Halbuki onlar da mühüm əhəmiyyətə malikdir. Lakin bizim indi imkanımız olacaq ki, razılaşdığımız kimi üçtərəfli formatda bütün bunlar barədə sakit və işgüzar şəraitdə danışaq. Mən ümidvaram ki, təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də bütövlükdə regionda vəziyyəti belə konstruktiv yola çıxaracaq hansısa razılaşmaya nail olacağıq. Sizi inandırmaq istərdim ki, buraya toplaşanların hamısı bunda maraqlıdır. Tam hamısı. Bax, Aleksandr Qriqoryeviç bu gün bu barədə qapalı formatda kifayət qədər inandırıcı danışdı".
Ermənistan baş nazirinin bəzi sərsəm indialarına cavabında isə son olaraq Cənab Prezidentimiz vurğulamışdır ki, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır.
“Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.
Önəmli etiraf. Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var.
 Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.
Nəhayət Şirinova.
ADPU Quba filialının əməkdaşı.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI