Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın və Türkiyənin rolu böyükdür"

"Türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın və Türkiyənin rolu böyükdür"
29-05-2023, 19:20 134 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın və Türkiyənin rolu böyükdür.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu sözləri TurkicWorld-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
"Cənab Ərdoğanın yenidən Türkiyənin prezidenti seçilməsi olduqca əlamətdar hadisədir. Həm Türkiyə xalqı üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün İslam-Türk dünyası üçün. Birincisi, Ərdoğanın iqtidarı dövründə Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə olduqca uğurlu əməkdaşlıq sistemi qurulub. İki ölkə həmin münasibətlər üzrə müttəfiqlik səviyyəsinə yüksəlib. Vətən müharibəsi dövründə Türkiyə Azərbaycana olduqca böyük mənəvi və siyasi dəstək olub. Ərdoğan başda olmaqla, Türkiyə rəsmiləri "Hər zaman Azərbaycanın yanındayıq" söyləyiblər", - deyə deputat qeyd edib.
Elşad Mirbəşiroğlu bildirib ki, Ərdoğanın bundan sonrakı rəhbərliyi dövründə də Azərbaycan və Türkiyə münasibətləri dinamik sürətlə inkişaf edəcək. Hər iki ölkə dünya əhəmiyyətli layihələrin keçirilməsinin təşəbbüskarları olacaqlar. Hansı ki, bugünə kimi biz bunu müşahidə etmişik. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə - hərbi-texniki sahədə, müdafiə sənayesi sahəsində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu, həm Azərbaycanın hərbi qüdrətini hər zamankı kimi artırır, həm də ölkə iqtisadiyyatına əlavə dividentlər qazandırır. Yəni hərbi sahənin inkişaf etdirilməsi dünya silah bazarında Azərbaycanın öz yerini və rolunu şərtləndirəcək.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, İslam-Türk dünyasında Ərdoğanın dövründə Türkiyənin rolu olduqca fəal olub. Birincisi, İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsində, əməkdaşlığın sıxlaşdırılmasında Türkiyənin xüsusi rolu olub. 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Hazırda bu, Türk dövlətləri təşkilatı kimi fəaliyyət göstərməkdədir. Bu platforma türkdilli dövlətlər arasında həm siyasi münasibətlərin, həm də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün unikal imkanlar təqdim etməkdədir. Ümumiyyətlə, Türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın və Türkiyənin təsirli rolu var. Bu baxımdan düşünürəm ki, Ərdoğanın seçkilərdə yenidən qələbə qazanması bir çox məqamlar baxımından əhəmiyyətlidir. İlk olaraq, Türkiyə xalqının milli maraqları, Türkiyənin gələcək inkişafı cəhətdən tarixi bir hadisədir. Çünki məhz Ərdoğanın dövründə Türkiyə ixracın həcmini 254 milyard həddinə çatdırıb. Bununla da Türkiyənin istehlak bazarları xarici asılılıqdan qurtardı.
Eyni zamanda, Ərdoğan çoxqütblü dünyanı dəstəkləyir. Bildiyimiz kimi, müasir dövrdə qlobal təhlükəsizliyin təmin olunmasının əsas qarantı rolunda məhz dünyanın çoxqütblü olması çıxış etməkdədir", - deyə Milli Məclisin deputatı vurğulayıb.
Elşad Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan-Türkiyə qardaşlığının, səmimi dostluğunun, müttəfiqliyinin bundan sonra daha da inkişaf etdirilməsi Ərdoğan üçün prioritet olan məsələlərdəndir; Türkiyə regionda barışdırıcı və həlledici rola malikdir.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI