Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bir neçə gün öncə Atatürk Mərkəzində, yazıçı-publisist Sevinc Ağa Xəlilqızının "Sevgi yelkəni" adlı yeni romanının təqdimatı yüksək səviyyədə keçirildi.

Bir neçə gün öncə Atatürk Mərkəzində, yazıçı-publisist Sevinc Ağa Xəlilqızının "Sevgi yelkəni" adlı yeni romanının təqdimatı yüksək səviyyədə keçirildi.
24-05-2023, 09:21 195 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Bir neçə gün öncə Atatürk Mərkəzində, yazıçı-publisist Sevinc Ağa Xəlilqızının "Sevgi yelkəni" adlı yeni romanının təqdimatı yüksək səviyyədə keçirildi. Tədbiri Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı açaraq yazıçının yeni əsəri haqqında danışdı və kitabın hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Sevinc xanım bu kitabını mərhum atasının anadan olmasının 90 illiyinə həsr etdiyini qeyd etdi. Dörd saata yaxın davam edən təqdimatda bir çox ziyalılar,şəhid ailələri,mətbuat nümayəndələri də iştirak edirdilər. Tədbirdə Sevinc xanım haqqında çox gözəl sözlər deyildi, onun şeirləri səsləndirildi.
    Qeyd edim ki, Sevinc Ağa Xəlilqızı çoxşaxəli yaradıcılığa sahibdi. O,qələmini həm nəsr,həm də nəzm sahəsində sınamışdır. Yazıçının indiyə kimi səkkiz kitabı,yüzdən çox məqaləsi, bir neçə antalogiyada təmsilləri,şeirləri,hekayələri,nağılları,əfsanələri çap olunmuşdur. Müəllifin ilk "Övladın mənəvi borcu" adlı kitabı 2015 -ci ildə dərc olunub. 2017-ci ildən 2020-ci ilə kimi  "Yeni Təfəkkür" qəzetində müxbir kimi fəaliyyət göstərib. Milli Qəhrəman Mübariz İbrahimova,Aprel döyüşlərində şəhid olmuş Elnur Əliyeva həsr olunmuş "Şəhidlər ölməz,vətən bölünməz" ,Xocalıya həsr olunmuş "Buz heykəl",Şah İsmayıl Xətaiyə həsr olunmuş "Dilimiz,Qeyrətimiz, Vətənimiz", "Əsgər anasıyam","Hacı Zeynalabdin Tağıyev ", "Həzrəti Xədicə qadınlar aləminin sultanıdır", "Mikayıl Müşviq" və s.yazıları həmin qazetdə dərc olunmuşdur.
Sevinc xanıma böyük uğur gətirən, 2018-ci ildə nəşr olunan "Məryəm" romanı olmuşdur. Ondan dörd ay sonra isə "Bu dünyanın fidanları" adlı kitabı işıq üzü görüb. Bu, Azərbaycan Kitabxana tarixində ilk dəfə olaraq,iki dildə nəşr olunmuşdur. 2020-ci ildə "Əlvida söyləmədən" (1991 -ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olanların xatirəsinə həsr edilib),2021-ci ildə 44 günlük müharibəyə həsr olunmuş "Könül səhifəm" adlı kitabı,daha sonra Azərbaycanda ilk dedektiv qadın yazar olaraq, müəllifin "Cinayətin izi ilə" adlı dedektiv romanı, "Qarabağ əfsanələri"adlı kitabları çap olunmuşdur. "Qarabağ əfsanələri"adlı kitab üç dildə nəşr olunmuşdur. Yazarın kitabları bir çox ölkələrin- Türkiyə,Rusiya,Ukrayna,Belarusiya,Qazaxıstan,Qırğızıstan kimi ölkələrin kitabxanalarında saxlanılmaqdadır. 
Sevinc Ağa Xəlil qızı bir neçə fəxri fərmanla,"Ədəbiyyatda Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" diplomuyla təltif olunub.
Sevinc xanım çox böyük ürəyə sahib ziyalı xanımlarımızdandır. O,tez-tez uşaq evlərinə, Uşaq Psixonevraloji Mərkəzə baş çəkir,oradakı uşaqlarla görüşür. Onlara əfsanələr,nağıllar,şeirlər həsr edir.
Sevinc Ağa Xəlil qızına möhkəm can sağlığı,yaradıcılığında yeni-yeni uğurlar arzu edirəm.

       Fəridə Bayramzadə
                                Filoloq
                         

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI