22:19 - İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb - FOTO
22:16 - AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır
22:08 - Azərbaycanlı aparıcı evli sevgilisi tərəfindən döyüldü - YENİLƏNİB - FOTO
17:58 - BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi
17:25 - "Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib"
17:20 - Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
17:06 - Əməkdaşlıq potensialı kifayət qədər böyükdür
16:11 - Azərbaycan dünyanın qlobal güclərinin diqqət mərkəzində
16:02 - “Beynəxalq Əlillər Cəmiyyəti” İB-in ofisi yandı
21:09 - Polkovnikin canına qəsdinin səbəbi bilindi - Məktubu tapılıb
12:40 - Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
12:38 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
12:35 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
06:34 - Pedofiliyaya etiraz - "SİRR" filmi təqdim edildi // VİDEO+FOTO
Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib
VETENİM-AZERBAYCANDIR.AZ
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.
VETENİM-AZERBAYCANDIR.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqının, hökumətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə daha çox inkişaf, firavanlıq və tərəqqi diləməkdən məmnunluq duyuram.
Ölkənizin tarixində bu əlamətdar hadisənin qeyd edilməsi, Qoşulmama Hərəkatının hazırkı sədri olaraq 2022-ci ilin noyabr ayında Əlcəzairin ev sahibliyi etdiyi Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında fəxri qonaq qismində dəyərli iştirakınız mənə dostluq və əməkdaşlıq münasibətlərimizin dinamizmindən dərin məmnunluğumu ifadə etmək imkanı verir.
Ölkələrimizin ümumi maraqları və qardaş xalqlarımızın istəklərinə xidmət edən əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə Sizinlə əməkdaşlığımızı, həmçinin ümumi maraq kəsb edən məsələlər və dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək beynəlxalq forumlarda məsləhətləşmələrimizi davam etdirməyə hazır olduğumu bir daha qeyd etmək istərdim.
Zati-aliləri cənab Prezident, əziz Qardaşım, bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
VETENİM-AZERBAYCANDIR.AZ