Müqəddəs Ramazan ayının ilk günlərində şəhid anası, Dürnisə Əliyeva ziyarət olundu.
26-03-2023, 00:23
121 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ

- Müqəddəs Ramazan ayının başlaması münasibəti ilə, «Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək " ictimai birliyinin təşəbbüsü ilə, bir qrup ziyalılar, Tofiq Əli-zadə Zərifə xanım Quliyeva, Tahir Sadıqov, Səmayə xanım Baxşəliyeva şəhid anası oglu 1 ci Qarabag-Vətən müharibəsində şəhid olmuş,Dürnisə Əlievanı ziyarət etdilər. 78 yaşlı şəhid anası olan Dürnisə Əliyeva gələn qonaqları səmimiyyətlə qarşılayaraq bildirdi ki. Ramazan ayında şəhid ailələrini ziyarət etmək cox savab bir işdir. Dürnisə ana dedi ki, oğlum Əliyev Valeh Xanlar oğlu, 1992-1994 cü illərdə 1-ci Vətən müharibəsi zamanı, 1994 il yanvar ayının 22 də, Füzuli rayonunu aşağı Seyid Əhmədli kəndi uğrunda gedən ağır döyüşlərdə erməni snayperinin gülləsi nətiçəsində şəhid olmuşdur. Deyildi ki onların Qarabağ uğrundə gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar 44 günlük Vətən müharibəsində muasir gənclərimiz ücün bir örnək oldu.Buna da subut kimi, 44 günlük müharibədə ordumuzun döyüşlərdə göstərdikləri şücayətləri göstərmək olar.Daha sonra şəhid anası söylədi ki,artıq 1998-ci ildən başlayaraq 25 ildir ki, «Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək " ictimai birliyinin rəhbəri Tofiq Əli-zadə, daima ailəmizin üzləşdiyi butün problemlərin həllində bizlərə cox yaxından kömək etmiş və demək olar ki, hər ay bizə baş çəkərək, bir şəhid ailəsi kimi əlaqələrini bir anda olsa belə bizimlə dayandırmayıb və hər dəfə də Azərbaycanın tanınmış ziyalılarla, Azərbaycanın xalq artisti Lütfiyar İmanov, xalq sairləri İlyas Tapdıq Əlibala Hacızadə, Nazim Rizvan,Əsadulla Qurbanov,Şəfiqə Əliyeva,Elxan Qasımov və başqaları ilə, birgə evimizin qonağı olub.1998-ildən başlayaraq, xalqımızın belə ziyalı insanlarının, şəhid anası kimi məni daima ziyarət etmələri, bir şəhid anası kimi məndə səbr və təskinlik yaradırdı. Şəhid anasının dinləyən qonaqlar,Tahir Sadıqov,Zərifə xanım Quliyeva,Səmayə xanım Baxşəliyeva, məğrur ana olan Dürnisə Əliyevaya igid və qəhrəman oğullar böyütdüyünə görə, minnətdarlıq etdilər. Sonda şəhidlərimizn ruhuna fatihə verilərək, dualar oxundu. Dürnisə ana Tofiq Əlizadəyə , onunla gələn ziyalılara diqqət və qaygıya görə minnətdarlığını bildirdi. Sonda şəhidlərimizn ruhuna fatihə verilərək, dualar oxundu.
VETENİM-AZERBAYCANDIR.AZ
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<